23:50 14 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
15 0 0

Sui-qəsd zamanı çəkilən video görüntülər "TRT" kanalı vasitəsilə mediaya yayılmışdı

BAKI, 18 iyul — Sputnik. Ankara Cümhuriyyət Baş Prokurorluğu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinə dair görüntülərin "TRT" telekanalında yayımlanması ilə bağlı aparılan istintaq işi çərçivəsində "TRT" telekanalının biri sabiq olmaqla, 6 işçisi barəsində "FETÖ" üzvü olduqları iddiası ilə həbs qərarı verib.

Sputnik Türkiyə xəbər verir ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edən zaman öldürülüb, ona hücum edən şəxs - polis məmuru Mevlut Mert Altıntaş da polis tərəfindən zərərsizləşdirilib.

Sui-qəsd zamanı çəkilən video görüntülər "TRT" kanalı vasitəsilə mediaya yayılmışdı.

Görüntülərdə sui-qəsd anı ilə yanaşı, hücumu həyata keçirən şəxs Mövlud Mert Altıntaşın sui-qəsd sonrası söylədikləri də yer alıb.

Əsas mövzular