00:05 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8766
Odlu silah, arxiv şəkli

Ərbildə terror qurbanlarının sayı artdı

© Sputnik / Vitaly Timkiv
DÜNYA
Qısa URL
34 0 0

Hadisə ilə bağlı ABŞ-ın Ankaradakı səfirliyindən hücumu qınayan bəyanat verilib.  Həmçinin İran XİN də terror hücumunu qətiyyətlə pisləyib

BAKI, 17 iyul — Sputnik. İraqın Ərbil şəhərində türk diplomatlarının nahar etdiyi restorana hücum nəticəsində həlak olanların sayı 3-ə çatıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, xəbəri kürdlərin Rudaw telekanalı yayıb.

Türkiyə KİV-ləri öncə məlumat yaymışdılar ki, İraqın Türkiyə konsulluğunun yerləşdiyi Ərbil şəhərində restorana silahlı hücum olub. 

RİA-Novosti İraq təhlükəsizlik qüvvələrindəki mənbəsinə istinadən bildirib ki, hücum nəticəsində öldürülən Türkiyənin Ərbildəki Baş konsulunun müavinidir.  Türkiyə XİN baş konsulluğun bir əməkdaşının həlak olduğunu təsdiqləyib. Həmçinin bildirib ki, 3 nəfərin iştirak etdiyi silahlı hücumda bir İraq vətəndaşı ölüb, biri ağır yaralanıb.

"Türk diplomatının və bir sakinin öldürüldüyü restoranda hücum zamanı aldığı yaralardan Başdar Ramadan adlı İraq sakini xəstəxanada keçinib", - telekanalın məlumatında deyilir.

İraq Kürdüstanınıт "Asayiş" təhlükəsizlik qüvvələri hücumda günahı olanların tapılıb cəzalandırılacağına söz verib.

Hadisə ilə bağlı ABŞ-ın Ankaradakı səfirliyindən hücumu qınayan bəyanat verilib.  Həmçinin İran XİN də terror hücumunu qətiyyətlə pisləyib.

Əlaqədar

İraqda Türkiyə Baş konsulluğunun əməkdaşı öldürülüb

Əsas mövzular