13:41 10 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
36 0 0

Partiya sədri hesab edir ki, Rusiya bazarı Gürcüstan üçün çox əhəmiyyətlidir və onu əvəz etmək asan iş deyil

BAKI, 17 iyul — Sputnik. "Gürcüstan və Rusiya arasında turizm əməkdaşlığı və ticarət əlaqələri əhəmiyyətlidir. Bu səbəbdən də ölkələr arasında münasibətləri normallaşdırmaq lazımdır".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu "Gürcü Arzusu" partiyasının təsisçisi və sədri Bidzina İvanişvili bəyan edib.

"Ölkəmizə turistlərin gəlməsi və (Rusiya ilə - red.) ticarət əlaqələrimizin olması siyasətçilərin buraxdığı səhvləri düzəltmək üçün əhəmiyyətli zəmindir. Ərazi bütövlüyümüzün və qonşularımız ilə normal münasibətlərin bərpasında xalq diplomatiyası və ticarət əhəmiyyətli rol oynayır", - İvanişvili deyib.

Partiya sədri hesab edir ki, Rusiya bazarı Gürcüstan üçün çox əhəmiyyətlidir və onu əvəz etmək asan iş deyil: "Onun (Rusiya bazarının – red.) Gürcüstan malları üçün bağlanmasını istəyən adamlar ölkənin düşmənləridir".

Əlaqədar

Rusiya Gürcüstana embarqo tətbiq etməyə hazırlaşır
Rusiya Gürcüstan aviaşirkətlərinə qadağa qoydu
Teqlər:
ticarət, Rusiya, Gürcüstan

Əsas mövzular