18:44 22 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Robert Koçaryan məhkəmədə, arxiv şəkli

Koçaryanı azadlığa buraxmış hakimin kabinetində axtarış aparıldı

© Sputnik / Aram Nersesyan
DÜNYA
Qısa URL
20 0 0

Axtarışlar Xüsusi İstintaq Xidmətinin araşdırdığı cinayət işi çərçivəsində baş tutub

BAKI, 17 iyul — Sputnik. Bir müddət öncə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın azad edilməsinə dair qərar vermiş hakim David Qriqoryanın kabinetində axtarışlar aparılıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marin Oqancanyan deyib.

Oqancanyan axtarışların Xüsusi İstintaq Xidmətinin araşdırdığı cinayət işi çərçivəsində baş tutduğunu deyib. Lakin o, hansı cinayət işini nəzərdə tutduğunu açıqlamayıb.

Koçaryan mayda qondarma "Dağlıq Qarabağ Respublikası"nın "başçılarının" zaminliyi altında azadlığa buraxılıb. Onu azadlığa buraxmış hakim Qriqoryan məhkəmə icraatını dayandıraraq, cinayət işini Konstitusiya Məhkəməsinə göndərib.

İyunun 25-də Apellyasiya Məhkəməsi keçmiş prezidenti yenidən həbs edib. Lakin hakim Qriqoryan yenidən icraatı dayandırıb və işi Konstitusiya Məhkəməsinə göndərib. Konstitusiya Məhkəməsi Qriqoryanın müraciətinə avqustun 20-də baxacaq.

Əlaqədar

Koçaryan işi böyüyür: Hakimə “imtina” təklif edildi
Yerevanda ara qarışdı, Koçaryanın tərəfdarları küçələrə axışdılar

Əsas mövzular