Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İki qoçun başı bir qazanda - Ancaq bu dəfə Türkiyə sona kimi gedəcək

© AATürk əsgəri
Türk əsgəri - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə kimliyindən, hansı partiyadan asılı olmasına baxmayaraq hər kəs bu məsələdə vahid mövqe sərgiləyəcək

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Türkiyənin Kiprə məxsus xüsusi iqtisadi zonasında geoloji kəşfiyyat işləri aparması ilə bağlı bu ölkəyə qarşı sanksiyalar barədə qərar qəbul edib.

Belə ki, qərara əsasən, Avropa İttifaqı Şurası ən yüksək səviyyədə Ankara ilə dialoq aparmaqdan imtina edib, həmçinin Assosiasiya Şurasının iclası da ləğv olunub.

Bundan əlavə, Şura Avropa İnvestisiya Bankına Türkiyədə kredit fəaliyyətinə yenidən baxmağı və Ankaraya maliyyə yardımını azaltmağı məsləhət görüb.

Nazirlər, eyni zamanda, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogeriniyə Türkiyəyə qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin hazırlanmasını da məsləhət görüblər.

Türkiyənin bu sanksiyalara cavabı isə çox sərt olub. Belə ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Avropa İttifaqının Türkiyəyə qarşı sanksiya qərarını çox ciddiyə almaq lazım deyil: "Avropa İttifaqının Türkiyəyə qarşı sanksiya qərarını çox ciddiyə almaq lazım deyil. Avropa İttifaqının bizə ehtiyacı var. Qərarları tətbiq etməyin mümkün olmadığını bilirlər. Bunlar Kipr Respublikasının könlünü almaq üçün verilmiş qərarlardır. Problem Kiprdə türk xalqının ada ətrafındakı haqlarına zəmanət verilməməsidir. Türkiyəyə qarşı belə qərarlar qəbul edilərsə, biz bu istiqamətdə fəaliyyətimizi daha da artıracağıq. Aralıq dənizində üç gəmimiz var. Dördüncü gəmini də Aralıq dənizinə ən qısa zamanda göndərəcəyik".

© © Fatma Yılmaz-Elmas tərəfindən təqdim olunubFatma Yılmaz-Elmas
İki qoçun başı bir qazanda - Ancaq bu dəfə Türkiyə sona kimi gedəcək - Sputnik Azərbaycan
Fatma Yılmaz-Elmas

Görünən budur ki, hər iki tərəf sərgilədiyi mövqeyini dəyişmək fikrində deyil. Ekspertlər isə Avropa İttifaqı və Türkiyə arasında münasibətlərin bundan sonra da gərginləşməsi variantını da istisna etmir. Sputnik Azərbaycan bu barədə Türkiyə - Avropa İttifaqı əlaqələri üzrə mütəxəssis, doktor Fatma Yılmaz-Elmasın münasibətini öyrənib.

Mütəxəssis vurğulayıb ki, Avropa İttifaqı Aralıq dənizinin şərq hissəsində hazırda yaşananları quruma üzv ölkələrdən birinin haqlarının pozulması kimi dəyərləndirərək Türkiyəyə qarşı sanksiya tətbiq edib: "Yekdilliyin olmasını tələb edən qərarlarda veto haqqına sahib Kipr Respublikasının bu hüququnu əsas gətirərək Avropa İttifaqı ölkələri ilə müəyyən razılığa gəldiyi də istisna edilmir.

Üstəlik uzun müddətdir davam edən miqrant böhranı, "Brexit" kimi məsələlərdə Avropa İttifaqı beynəlxalq aktor olaraq parçalanmış mövqe sərgiləyir. Daxili problemlərlə bağlı beynəlxalq nüfuzuna ciddi zərbə dəyən Avropa İttifaqı Aralıq dənizinin şərqində baş verənlərə görə Türkiyəyə sanksiyalar tətbiq etməklə bağlı özünü tək və yekdil bir aktor kimi göstərməyə çalışır.

Bundan əlavə, sanksiya qərarının Türkiyənin beynəlxalq arenada müxtəlif mövzularda mövqeyinin zəiflədiyi və getdikcə yalnızlaşdığı bir dövrdə verilməsi Avropa İttifaqının cəsarətlənməsinin göstəricisidir. Lakin sanksiyaların məğzinə baxdıqda, Avropa İttifaqının Türkiyə ilə münasibətlərə tamamilə zərbə vurmayacağı görünür. Əksinə, rəsmi Brüssel bundan mümkün qədər qaçmağa çalışır".

Türkiyə-Aİ münasibətlərinin bundan sonra necə dəyişəcəyi barədə danışan Fatma Yılmaz-Elmas qeyd edib ki, Kipr problemi ilə bağlı BMT vasitəsilə axtarılan həll yollarının dəfələrlə nəticəsiz qalması və Kipr Respublikasının müzakirələr gedə-gedə Aralıq dənizinin şərqində qazma işlərinə başlaması nəticəsində Türkiyə BMT-də hər yolla etiraz haqqından istifadə etməyə çalışıb: "Etirazlarına cavab ala bilməyən Türkiyə Aralıq dənizinin şərqində enerji bölgüsündən kənarda qalmamağa çalışır. Bütün ada ərazisi ilə birgə Avropa İttifaqına üzv olaraq Türkiyəni fakt qarşısında qoyan rəsmi Nikosiya indi də Aralıq dənizinin şərqində qazma işləri aparmaqla rəsmi Ankaranı eyni vəziyyətlə üz-üzə qoymağa çalışır. Türkiyənin Kipr türklərinin təcridinin daha da ağırlaşmasına müsaidə etməsi inandırıcı deyil.

Доллары - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sözdə deyil, əməldə: Rusiya, Çin və Aİ dollardan imtina edir

Düşünürəm ki, həm Avropa İttifaqı, həm də Türkiyə gərginliyi artıracaq addımlar atmayacaq".

Ekspert vurğulayıb ki, Türkiyənin Avropa İttifaqına üzvlük prosesi hazırda dondurulub: "2018-ci ildə qəbul etdiyi qərarla Avropa İttifaqı Türkiyənin quruma üzvlük müzakirələrində yeni səhifənin açılmayacağını bildirmişdi. Buna rəğmən, ötən ildən bu yana tərəflər arasında ən yüksək səviyyədə siyasi və iqtisadi dialoq toplantıları aktivləşdirilmişdi. Sanksiya qərarından biri də aktivləşdirilən bu cür toplantıların dayandırılmasını nəzərdə tutur.

Adətən, Türkiyənin Avropa İttifaqına üzvlük layihəsi həm daxili, həm də xarici siyasətdə müəyyən çətinliklər olduğu bir vaxtda ölkə daxilində daha çox tərəfdar toplayır. Türkiyənin beynəlxalq münasibətlərdə müşahidə olunan problemlərini nəzərə alsaq, ölkənin Avropa İttifaqına üzvlük siyasətindən imtina edəcəyini düşünmürəm. Lakin tərəflər arasında münasibətlər aşağı səviyyədə davam etdiriləcək".

Fatma Yılmaz-Elmas baş verənlərin fonunda Türkiyədə müxalif partiyaların necə davranacağına da münasibət bildirib: "Kipr türklərinin təcridinə yol açan hər hansi bir addımı, Türkiyədə hansı siyasi partiyanı təmsil etməsinə baxmayaraq heç kim dəstəkləməz. Türkiyənin keçmişdə Şimali Kipr və Kiprin türk xalqının təcridinə qarşı mövqeyi həmişə aydın olub.

Bundan əlavə, ölkə müxalifəti Türkiyənin Avropa İttifaqı qarşısında mövqeyinin zəiflədiyi bir vaxtda daha təmkinli mövqe sərgiləyərək, gərginliyi artırmayacaq. Türkiyə müxalifəti sadəcə beynəlxalq platformalarda yol verdiyi, verəcəyi və Türkiyəni yalnızlaşdıran siyasətə görə ölkə hökumətini, hakim partiyanı tənqid edəcək".

Xəbər lenti
0