15:36 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Facebook şəbəkəsinin səhifəsi, arxiv şəkli

"Facebook"da problem yarandı

© Sputnik / Natalya Seliverstova
DÜNYA
Qısa URL
50 0 0

İstifadəçilər saat 16:04-dan etibarən çətinliklərlə üzləşiblər

BAKI, 17 iyul — Sputnik. "Facebook" sosial şəbəkəsinin fəaliyyətində yenidən problemlər yaşanıb.

Sputnik Azərbaycan "DownDetector" saytına istinadən xəbər verir ki, "Facebook" istifadəçiləri Bakı vaxtı ilə saat 16:04-dən etibarən çətinliklərlə üzləşiblər.

"DownDetector" saytının şərhlər bölməsində istifadəçilər problemin əsasən Bolqarıstan, Makedoniya, Yunanıstan, Bosniya və Herseqovina, Gürcüstan və Ermənistanda müşahidə olunduğunu bildiriblər.

DownDetector saytında Facebook-un işləmədiyi ərazilər
"DownDetector" saytında Facebook-un işləmədiyi ərazilər

Saytda yerləşdirilmiş xəritədə Azərbaycanda da sosial şəbəkənin fəaliyyətində problemlər yarandığı göstərilir.

"Facebook" hələ ki, məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Əlaqədar

Sosial şəbəkələrin fəaliyyətindəki problem bir neçə saatdır ki, davam edir
Teqlər:
sosial şəbəkə, Facebook

Əsas mövzular