14:29 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
NATO-nun üzvü olan ölkə başçılarının sammiti Brüsseldə yeni mənzil-qərargahda baş tutub, arxiv şəkli

Avropa qorxu içərisində: Rusiya "qəfil zərbə" endirə bilər

© Sputnik / Алексей Витвицкий
DÜNYA
Qısa URL
1243 0 0

Rusiyalı ekspert bu iddiaların Almaniyanın müdafiə xərclərinin artırılmasına yönəldiyini deyib

BAKI, 17 iyul — Sputnik. Rusiya "qadağan" olunmuş raketlərlə silahlanmağa davam edir və Avropada "müharibə aparmağa hazırlaşır". Sputnik Azərbaycan "Die Welt" qəzetinə istinadən xəbər verir ki, bu iddiaları alman ordusunun istefada olan general-leytenantı, NATO baş katibinin keçmiş müavini Haynrix Braus və Kil Universitetinin Təhlükəsizlik Siyasəti İnstitutunun direktoru Yoaxim Krauze səsləndiriblər.

Krauzenin fikrincə, Avropanın iqlim dəyişikliyi və miqrasiya böhranı ilə mübarizə apardığı bir vaxtda Rusiya heç bir əsas olmadan regional müharibələrə hazırlaşır və guya bu müharibələrdə nüvə silahından təhdid vasitəsi kimi istifadə etmək niyyətindədir. 

Braus isə bildirib ki, Rusiya "qəsdən" Qərb ölkələri ilə münaqişə yaratmağa, dünya nizamını və NATO-nun birliyini sarsıtmağa çalışır.

Lakin keçmiş hərbçinin sözlərinə görə, Moskva NATO ilə münaqişədən qalib çıxa bilməcəciyini anlayır, buna görə də Rusiya guya "qəfil zərbə" endirə bilər.

Rusiya Geosiyasi Problemlər Akademiyasının prezidenti, hərbi elmlər doktoru Konstantin Sivkov bu iddialara cavab olaraq bildirib ki, "Die Welt" qəzetində nəşr olunmuş məqalə Almaniyanın müdafiə xərclərinin artırılmasına yönəlib.

"Bu məqalə yerli alman oxuyucusu üçün nəzərdə tutulub – onun ilk növbədə məqsədi Bundesverin xərclərini əsaslandırmaqdır ki, yerli əhali silahlı qüvvələrin ehtiyaclarını ödəmək üçün edilən xərclərin artırılmasına sakit yanaşsınlar", - Sivkov deyib.

Əsas mövzular