10:59 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
 S-400 havadan müdafiə sistemi

Rusiyalı generaldan "Stratfor"a cavab: "S-400" istənilən şəraitdə döyüş apara bilər

© Sputnik / Sergey Pivovarov
DÜNYA
Qısa URL
38 0 0

"Stratfor" bu sistemlərin kütləvi hava hücumlarına qarşı xüsusilə zəif olduğunu iddia edib

BAKI, 17 iyul — Sputnik. Rusiya hərbi hava qüvvələrinin keçmiş generalı Vladimir Mixaylov Amerikanın "Stratfor" mərkəzinin "S-400 Triumf" zenit-raket komplekslərinin "zəif yer"lərinə" dair iddialarını şərh edib.

Qeyd edək ki, "Stratfor" dərc etdiyi tədqiqatda "S-400" sisteminin dünyada ən effektiv kompleks olduğunu etiraf edir, lakin onun bir sıra "zəif yer"inin olduğu bildirilir. İddiaya əsasən, bu sistemlər kütləvi hava hücumlarına qarşı və dağlıq ərazilərdə xüsusilə zəifdirlər.

"İstəniləni yazmaq olar, lakin həqiqət odur ki, bizim "Triumf"larımız bütün müasir hava hücumu vasitələrinin kütləvi basqınlarını dəf edə bilər" – Mixaylov "RT" agentliyinə deyib.

O, həmçinin bildirib ki, "S-400"lər istənilən şəraitdə döyüş tapşırıqlarını yerinə yetirə bilər.

Mixaylov onu da deyib ki, "S-400" sistemləri universal silah kimi nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bu komplekslərin əsas məqsədi strateji təhlükəli hədəfləri uzaq məsafədə aşkar və məhv etməkdir. Bu sistemlərin müdafiəsi isə "Pantsir S-1" zenit-raket komplekslərinin öhdəsinə düşür.

Əsas mövzular