10:57 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Azərbaycanlı model Samirə Ağayeva

Azərbaycanlı qız alt paltarında üzə çıxdı

© Instagram / samira_agaeva_
DÜNYA
Qısa URL
1071 0 0

Model Samirə Ağayeva dünyaca ünlü jurnalın üz qabığında alt paltarı ilə poz verib

BAKI, 16 iyul — Sputnik. Azərbaycanlı model Samirə Ağayevanın fotosu dünyada məşhur olan MOOD Magazine nəşrinin rus versiyasının üz qabığında yayımlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, jurnalın üz qabığını model özünün Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Ağayeva bu şəkildə dünyaca məşhur brendin qara rəngli alt paltarında poz verib.

Посмотреть эту публикацию в Instagram

Публикация от S A M I R A A G A E V A 🇦🇪🍀 (@samira_agaeva_)

MOOD Magazine artıq uzun illərdir Rusiya və digər ölkələrdə yayımlanır. Jurnalda əsasən moda ilə bağlı məqalələr və məşhur şəxslərlə müsahibələr dərc olunur.

Samirə Ağayeva Azərbaycanda və xarici ölkələrdə moda nümayişlərində iştirak edir, reklam çarxlarına və fotolayihələrə çəkilir. Model əsasən Dubayda yaşayıb işləyir, eyni zamanda dünya brendləri ilə əməkdaşlıq edir. O, Best Fashion Model 2017, Miss Europe 2018 və Miss Elegant-Miss Europe 2018 kimi titulların sahibidir.

Əsas mövzular