SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ankaradan Moskvaya gözlənilməz "S-400" xəbəri: "Ancaq özümüz nəzarət edəcəyik"

© AP Photo / Cem OzdelМинистр иностранных дел Турции Мевлют Чавушоглу беседует со СМИ во время совместной пресс-конференции с министром иностранных дел Люксембурга Жаном Ассельборном
Министр иностранных дел Турции Мевлют Чавушоглу беседует со СМИ во время совместной пресс-конференции с министром иностранных дел Люксембурга Жаном Ассельборном - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən həftə "S-400" zenit-raket komplekslərinin birinci partiyası artıq Türkiyəyə çatdırılıb

BAKI, 16 iyul — Sputnik. "Türkiyəyə gətirilən "S-400" zenit-raket kompleksləri tamamilə bizim nəzarətimizdə olacaq". Sputnik Türkiyə xəbər verir ki, bu sözləri Şimali Makedoniyada səfərdə olan Mövlud Çavuşoğlu bildirib.

"Aldığımız "S-400" sistemi "F-35" də daxil olmaqla NATO sistemlərinə heç bir təhdid yaratmır. Tamamilə bizim nəzarətimizdə olacaq bir sistemdir. Lazımsız gərginlik yaratmağa ehtiyac yoxdur. Onsuz da yekunlaşmış razılaşmadır. Artıq onların gətirilmə prosesi başlayıb", - deyə Çavuşoğlu qeyd edib.

Первые части российской системы противоракетной обороны С-400 выгружены с российского самолета в аэропорту Муртед, известном как авиабаза Акинчи, недалеко от Анкары, Турция - Sputnik Azərbaycan
S-400 sistemləri ilə bağlı saziş Ankara və Moskvanın siyasi uğurudur

Xatırladaq ki, ötən həftə "S-400" zenit-raket komplekslərinin birinci partiyası artıq Türkiyəyə çatdırılıb.

ABŞ Türkiyənin "S-400" zenit-raket komplekslərini almasına mane olmağa çalışıb. Vaşinqton artıq Ankaranı sanksiyalarla və "F-35" qırıcısına dair müqaviləyə xitam verəcəyi ilə təhdid edib.

Xatırladaq ki, iyunun 28-də Birləşmiş Ştatlar Senatı 5-ci nəsil "F-35" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün qadağan olunmasına dair qərar qəbul edib. Bu barədə Senatın 2020-ci il üçün təsdiqlədiyi müdafiə büdcə layihəsində qeyd olunur.

Məlumatda qeyd edilir ki, büdcə layihəsinin 1236-cı bəndində "F-35"lərin Türkiyəyə tədarükünün məhdudlaşdırılması göstərilir.

Bundan əlavə, qanun layihəsində "F-35" təyyarələrinin texniki xidməti ilə bağlı olan avadanlıqların, intellektual mülkiyyət və texniki məlumatların Türkiyə Respublikası ərazisinə ötürülməsi də qadağan edilir.

 

Xəbər lenti
0