14:27 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Attraksion, arxiv şəkli

Hindistanda dəhşətli attraksion qəzası – VİDEO

© Sputnik / Murad Orujov
DÜNYA
Qısa URL
54 0 0

Əyləncə qurğusunun dairəvi qondolası hərəkət zamanı attraksionun gövdəsindən qoparaq yerə düşüb

BAKI, 16 iyul — Sputnik. Hindistanın Əhmədabad şəhərinin əyləncə parkında baş vermiş attraksion qəzası nəticəsində iki nəfər həlak olub.

Sputnik Azərbaycan xəbər verir ki, hadisənin görüntülərini "The Sun" nəşri yayıb.

Kadrlarda görünür ki, əyləncə qurğusunun dairəvi qondolası hərəkət zamanı attraksionun gövdəsindən qoparaq yerə düşür.

Hadisə zamanı attraksionun qondolasında 31 nəfər olub. Onlardan 29-u xəstəxanaya çatdırılıb. İlkin məlumatlara əsasən, iki nəfər həlak olub.

Polis hazırda hadisənin səbəblərini araşdırır.

Əsas mövzular