Ukrayna və Rusiya danışıqlara başlayıb

© © ФСБ РФКорабли ВМС Украины, задержанные пограничной службой РФ за нарушение государственной границы России на порту Керчи
Корабли ВМС Украины, задержанные пограничной службой РФ за нарушение государственной границы России на порту Керчи - Sputnik Azərbaycan
Abunə olmaq
Ukraynalı dənizçilərin azad edilməsi reallaşa bilər

BAKI, 15 iyul — Sputnik. Rusiya və Ukrayna saxlanılan ukraynalı dənizçilərin dəyişdirilməsi məsələsini müzakirə edir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin bildirib.

Karasin müvafiq sualı belə cavablandırıb: "Təbii ki müzakirə edirik". Lakin o, məsələni şərh edə bilməyəcəyini vurğulayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski - Sputnik Azərbaycan
Zelenski öz sələfinə qarşı daha bir hücuma keçdi

Xatırladaq ki, iyunun 27-i Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyalı həmkarı Vladimir Putinə müraciət edərək onu ukraynalı hərbçiləri azad etməyə çağırıb.

"Bizim hamımızın uşaqları var, uşaqları valideynlərinə qaytarın", - deyə Zelenski Kiyevdə keçirilən brifinqdə bildirib. O, bu fikirləri rus dilində səsləndirib.

Qeyd edək ki, ötən ilin noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. İnsidentdən sonra Ukraynanın 23 dənizçisi həbs olunub.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.

Xəbər lenti
0