Hərbçi mərkəzdən qaçdı, Yerevan polisi ayağa qalxdı

© Sputnik / Aram NersesyanПервый день летнего военного призыва
Первый день летнего военного призыва - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi polis əməkdaşları Broyanın anası ilə əlaqə saxlayıb. Sonuncu qeyd edib ki, oğlu hərbi hissəyə qayıtmaq fikrində deyil.

BAKI, 15 iyul — Sputnik. Ermənistanda sıravi əsgər Yurik Broyan psixi sağlamlığın qorunması üzrə Milli Mərkəzdə müalicə kursu keçdikdən sonra hərbi hissəyə qayıtmaqdan imtina edib.

Газовая плита, фото из архива - Sputnik Azərbaycan
Moskva qərar verdi, Ermənistan satılan qazın qiyməti artırılır

Sputnik Ermənistan xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovannisyan bu barədə öz "Facebook" səhifəsində yazıb.

Ovannisyan qeyd edib ki, iyulun 15-i hərbi polisin əməkdaşları Broyanı hərbi hissəyə getməyə müşayiət etmək üçün mərkəzə gəlib. Məlum olub ki, əsgər hərbi hissədə deyil. O, xəstəxanadan çıxıb və naməlum istiqamətə gedib.

Hərbi polis əməkdaşları Broyanın anası ilə əlaqə saxlayıb. Sonuncu qeyd edib ki, oğlu hərbi hissəyə qayıtmaq fikrində deyil.

Hərbçi iyunun 6-dan psixi sağlamlığın qorunması üzrə Milli Mərkəzdə olub.

Hərbi polis Broyanın hərbi hissəyə qaytarılması üçün tədbirlər görür.

Xəbər lenti
0