Qərar artıq verilib, ABŞ sabahdan Türkiyəni çökdürəcək

© REUTERS / STRINGERРоссийский транспортный самолет с частями российского зенитно-ракетного комплекса С-400 на авиабазе Мюртед в районе Анкары, Турция
Российский транспортный самолет с частями российского зенитно-ракетного комплекса С-400 на авиабазе Мюртед в районе Анкары, Турция - Sputnik Azərbaycan
Abunə olmaq
Vaşinqton sanksiyaların çevriliş cəhdi ilə assosiasiya olunmasından ehtiyatlanır

BAKI, 15 iyul — Sputnik. Birləşmiş Ştatlar Rusiyadan "S-400" zenit-raket kompleksləri aldığı üçün rəsmi Ankaraya qarşı sanksiyalar paketi hazırlayıb. Sputnik Azərbaycan "Euronews"a istinadən xəbər verir ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar paketinin iyulun 16-dan sonra elan olunacağı gözlənilir.

Birləşmiş Ştatlar Türkiyədə 15 iyul - dövlət çevrilişinə cəhdin qarşısının alınmasının 3-cü ildönümü ilə əlaqədar Ankaraya qarşı sanksiyaların tətbiqini bir qədər ertələyib. Belə ki, rəsmi Vaşinqton sanksiyaların bu hadisə ilə assosiasiya olunmasından ehtiyatlanır. 

Qeyd edək ki, Türkiyə Belarus və Çindən sonra Rusiya Federasiyasının "S-400"  zenit-raket kompleksləri satdığı üçüncü ölkədir. Yaxın vaxtlarda Hindistanın da bu siyahıya qoşulacağı gözlənilir.

Xatırladaq ki, ötən ay "Bloomberg" nəşri hadisədən məlumatlı mənbələrə istinadən xəbər yayıb ki, ABŞ Prezidenti Donald Trampın Administrasiyası Türkiyənin "S-400" zenit-raket komplekslərini alması ilə bağlı rəsmi Ankaraya qarşı artıq iyulda üç yeni sanksiya paketini tətbiq etmək imkanını nəzərdən keçirir.

Agentliyin məlumatına görə, hazırda ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyinin rəsmiləri arasında müzakirə olunan ən ciddi sanksiyalar paketi onsuz da çətin dövr yaşayan Türkiyə iqtisadiyyatını tamamilə silkələyəcək.

Bundan əlavə, ABŞ rəhbərliyi hazırda Türkiyənin müdafiə sektorunda olan bir neçə şirkətə qarşı sanksiyalar tətbiq etməyi də nəzərdən keçirir. Bu cür cəzalar şirkətləri ABŞ maliyyə sistemindən ayıracaq ki, bu da sanksiya tətbiq ediləcək Türkiyə şirkətlərinin ABŞ istehsalı olan məhsulları almasını və ya öz məhsullarının ABŞ ərazisində satılmasını mümkünsüz edəcək.

Mənbənin sözlərinə görə, Türkiyəyə qarşı yeni sanksiyalar iyulda, "S-400"lərin bu ölkəyə tədarükünün həyata keçirildiyi ayda tətbiq oluna bilər.

Xəbər lenti
0