Uşaq istismarçılarına ölüm cəzası veriləcək

CC0 / jarmoluk / childAğlayan uşaq
Ağlayan uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
Qanuna edilən dəyişikliyə görə, uşaqların istismarını əks etdirən görüntülərin yer aldığı internet  saytları  və bu saytlardakı görüntülərin paylaşılması da cinayət məsuliyyəti yaradır

BAKI, 14 iyul — Sputnik. Hindistanda uşaqları cinsi istimar edənlər ölümə məhkum edilə bilərlər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu həftə qüvvəyə minən qanun dəyişikliyinə görə, Hindistanda  uşaqları cinsi istismara məruz qoyan şəxslər ən ağır cəzaya - ölümə məhkum ediləcəklər.

Daha əvvəl zorlama faktına görə ən yüksək cəzanın 20 il azadlıqdan məhrum etmə olduğu ölkədə ölüm cəzasının uşaqlara qarşı olan təcavüz hallarını azaldacağı gözlənilir. 

Məlumata görə, qanuna edilən yeni dəyişikliyə görə,  uşaqların istismarını əks etdirən görüntülərin yer aldığı internet  saytları  və bu saytlardakı görüntülərin paylaşılması da cinayət məsuliyyəti yaradır.

Beynəlxalq İtkin düşən və  İstismar edilən uşaqlar  Mərkəzinin məlumatına görə, dünyada internet vasitəsilə uşaqlara qarşı edilən cinsi istismar halları 5 il əvvəl  100 min olduğu halda keçən il 18 milyona qədər artıb.

Xəbər lenti
0