Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Türkiyə ilk qaranquş idi" - Rusiya "S-400"lərə yeni müştərilər tapıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidЗенитные ракетные системы С-400 во время репетиции парада Победы на военном полигоне "Алабино"
Зенитные ракетные системы С-400 во время репетиции парада Победы на военном полигоне Алабино - Sputnik Azərbaycan
Abunə olmaq
"Çox vacib və ciddi ölkələr özlərinin analoji tələbatları olduğunu bildirirlər və onlar da, təbii ki, təmin olunacaq"

BAKI, 13 iyul — Sputnik. ""S-400" müdafiə sistemləri yaxın vaxtlarda nəinki Türkiyəyə, eləcə də regionun digər ölkələrinə çatdırılacaq.

Флаги Евросоюза и Турции развеваются перед одним из отелей в Стамбуле - Sputnik Azərbaycan
Avropa Türkiyəyə barmaq silkələyir - yüksək səviyyəli görüşlər də ləğv olunur

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski bəyan edib.

Türkiyə Müdafiə Nazirliyi cümə günü bildirib ki, "S-400"lərin ölkəyə gətirilməsi prosesi başlanıb. Bir qədər sonra məlumatı RF Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti də təsdiqləyib.

"Türkiyə ilk qaranquş idi. Regionda mütləq "S-400"lər və Rusiyanın daha müasir silah sistemləri peyda olacaq. Biz sıx əməkdaşlıq edəcəyik, bu əməkdaşlığın həcmi çox böyükdür. Əminəm ki, bu işbirliyini hər vəchlə artırmalıyıq. Çox vacib və ciddi ölkələr özlərinin analoji tələbatları olduğunu bildirirlər və onlar da, təbii ki, təmin olunacaq", - Slutski RT telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, "tədarüklər olacaq, özü də ən yaxın zamanda".

Dörd "S-400" divizionunun tədarükü üçün müqavilə 2017-ci ildə bağlanılıb. 2,5 milyard dollarlıq məbləğin bir hissəsini Türkiyə öz hesabına, bir hissəsini isə Rusiya kreditinin hesabına ödəyəcək.

"S-400 Triumf" və ya digər adı ilə "S-300 PMU-3" Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit-raket kompleksidir. 

Министр обороны Турции Хулуси Акар и исполняющий обязанности министра обороны США Марк Эспер встретились во время встречи министров обороны НАТО в Брюсселе, Бельгия - Sputnik Azərbaycan
Türkiyə ABŞ-ın könlünü aldı: "Nəzərdən keçiririk"
Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. "S-400" sistemlərində dörd növ raketdən istifadə olunur: çox uzun mənzilli 40N6 (400 km), uzun mənzilli 48N6 (250 km), orta mənzilli 9M96 (120 km) və qısa mənzilli 9M96E (40 km) raketlər.

"S-400" hazırda mövcud olan hava hücumundan müdafiə sistemləri arasında ən yaxşılardan biri hesab olunur.

Qeyd edək ki, ABŞ Türkiyənin "S-400" zenit-raket komplekslərini almasına mane olmağa çalışıb. Vaşinqton artıq Ankaranı sanksiyalarla və "F-35" qırıcısına dair müqaviləyə xitam verəcəyi ilə təhdid edib.

Buna baxmayaraq, Rusiya və Türkiyə arasında razılaşma plana uyğun olaraq yerinə yetirilir.

Xəbər lenti
0