17:24 16 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Türkiyə və ABŞ müdafiə nazirləri Hulusi Akar və Mark Esper, arxiv şəkli

Türkiyə ABŞ-ın könlünü aldı: "Nəzərdən keçiririk"

© REUTERS / POOL / Virginia Mayo
DÜNYA
Qısa URL
51 0 0

Akar vurğulayıb ki, Türkiyənin "S-400"ləri alması ölkəsinin strateji mövqeyində dəyişikliyin baş verdiyi demək deyil

BAKI, 13 iyul — Sputnik. Türkiyə və ABŞ müdafiə nazirləri "S-400" zenit-raket komplekslərinin Ankaraya tədarükünün başlamasını müzakirə ediblər.

Sputnik Azərbaycan Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Hulusi Akar və Mark Esper arasında baş tutmuş telefon danışığı zamanı türkiyəli nazir Rusiya istehsalı olan sistemlərin ölkəsi tərəfindən alınmasının labüd olduğunu izah edib. Akarın sözlərinə görə, Türkiyə hələ də ciddi hava hücumu təhlükəsi ilə üz-üzədir.

Türkiyəli nazir əlavə edib ki, Ankara ABŞ istehsalı olan "Patriot" hava hücumundan müdafiə sistemlərinin alışına dair təklifi hələ də nəzərdən keçirir. Qeyd edək ki, bir müddət öncə Vaşinqton Türkiyəyə "S-400"ə alternativ olaraq "Patriot"ları almağı təklif edib.

Akar, həmçinin vurğulayıb ki, Türkiyənin "S-400"ləri alması ölkəsinin strateji mövqeyində dəyişikliyin baş verdiyi demək deyil.

Dünən "S-400"lərin Türkiyəyə tədarükü başlayıb. Rusiya istehsalı olan komplekslər Ankara vilayətində yerləşən Mürtəd aviabazasına çatdırılır.

Moskva və Ankara "S-400" komplekslərinin tədarükünə dair müqaviləni 2017-ci ildə imzalayıblar. Sənədə əsasən, Rusiya bu sistemlərin dörd divizionunu Türkiyəyə tədarük edəcək.

S-400, arxiv şəkli
© AFP 2019 / RUSSIAN DEFENCE MINISTRY

"S-400 Triumf" və ya digər adı ilə "S-300 PMU-3" Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit-raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. "S-400" sistemlərində dörd növ raketdən istifadə olunur: çox uzun mənzilli 40N6 (400 km), uzun mənzilli 48N6 (250 km), orta mənzilli 9M96 (120 km) və qısa mənzilli 9M96E (40 km) raketlər.

"S-400" hazırda mövcud olan hava hücumundan müdafiə sistemləri arasında ən yaxşılardan biri hesab olunur.

Qeyd edək ki, ABŞ Türkiyənin "S-400" zenit-raket komplekslərini almasına mane olmağa çalışıb. Vaşinqton artıq Ankaranı sanksiyalarla və "F-35" qırıcısına dair müqaviləyə xitam verəcəyi ilə təhdid edib.

Buna baxmayaraq, Rusiya və Türkiyə arasında razılaşma plana uyğun olaraq yerinə yetirilir.

Əlaqədar

Ərdoğanın mətbuat katibi: "S-400"-dən sonra "S-500"-ləri almağı düşünürük
Gözlənilən gün yetişdi: Ankara hər şeyə hazır olmalıdır
Teqlər:
ABŞ, Türkiyә, "Patriot" havadan müdafiə sistemi, "S-400" zenit-raket kompleksi

Əsas mövzular