Oliver Stounun filminə görə telekanalı qumbara atəşinə tutdular - VİDEO

© AFP 2023 / SERGEI SUPINSKYPolis telekanalın binasını mühasirəyə alıb
Polis telekanalın binasını mühasirəyə alıb - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin binanın fasadına ziyan dəyib

BAKI, 13 iyul — Sputnik. Kiyevdə "112.Ukrayna" telekanalının binası qumbaraatandan atəşə tutulub. Sputnik Azərbaycan telekanalın yaydığı məlumata istinadən xəbər verir ki, insident Deqtyarivska küçəsində gecə saat 03:40-da baş verib.

Шашлык, фото из архива - Sputnik Azərbaycan
Şərqin kulinariya qapısı: məşhur telekanal Azərbaycan mətbəxindən danışdı

Hücum edənlərin iki nəfər olduğu bildirilir. Onlar hadisə yerindən qaçaraq gizləniblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin binanın fasadına ziyan dəyib. Polis hücum edənlərin axtarışına başlayıb və terror aktı üzrə cinayət işi açıb.

RİA Novosti xəbər verir ki, dünən "112.Ukrayna" telekanalı "Ukraynanın Danışılmamış Hekayəsi" (Revealing Ukraine) filmini nümayiş edəcəyini elan edib. Filmdə amerikalı rejissor Oliver Stoun və ukraynalı sənədli film müəllifi İqor Lopatyonok ölkədə hökm sürən böhranın səbəblərini araşdırmağa çalışıb.

Film üçün Stoun Rusiya Prezidenti Vladimir Putindən eksklüziv müsahibə alıb. Müsahibə zamanı Kerç boğazında baş vermiş insident də müzakirə olunub.

Ukraynanın Baş Prokuroru Yuri Lutsenko filmi nümayiş edəcəyi təqdirdə kanalın məsuliyyət daşıyacağını bildirib. Bundan başqa, "112.Ukrayna" telekanalı deyib ki, onlara qarşı təhdidlər və təzyiqlər edilir. Bu səbəbdən telekanal beynəlxalq hüquq mühafizə təşkilatlarına, Avropa Komissiyasına, AŞPA-ya, Aİ-yə və BMT-yə müraciət edib.

Xəbər lenti
0