17:16 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Türkiyyə və Nato bayraqları

NATO rəsmisindən Türkiyəyə xəbərdarlıq: "Potensial nəticələrdən narahatıq"

© AFP 2019 / BENOIT DOPPAGNE / BELGA
DÜNYA
Qısa URL
25 0 0

Bu gün "S-400" zenit-raket komplekslərinin birinci partiyası artıq Türkiyəyə çatdırılıb.

BAKI, 12 iyul — Sputnik. "Türkiyənin "S-400" almasının potensial nəticələri ilə bağlı narahatıq". Sputnik Türkiyə xəbər verir ki, bu sözləri "S-400"-lərin Türkiyəyə gəlməsi ilə bağlı açıqlama verən NATO rəsmisi bildirib.

"AFP" nəşrinə danışan NATO rəsmisi İttifaqın Türkiyənin bu qərarından "narahat olduğunu" və sözügedən silahların müttəfiq silahları ilə uyğun olmadığını bildirib: "Türkiyənin "S-400" sistemlərini əldə etmə qərarının yaradacağı potensial nəticələrə görə narahatıq".

Xatırladaq ki, bu gün "S-400" zenit-raket komplekslərinin birinci partiyası artıq Türkiyəyə çatdırılıb.

Rusiya istehsalı olan komplekslər Ankara vilayətində yerləşən Mürtəd aviabazasına çatdırılır.

Xatırladaq ki, iyunun 28-də Birləşmiş Ştatlar Senatı 5-ci nəsil "F-35" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün qadağan olunmasına dair qərar qəbul edib. Bu barədə Senatın 2020-ci il üçün təsdiqlədiyi müdafiə büdcə layihəsində qeyd olunur.

Məlumatda qeyd edilir ki, büdcə layihəsinin 1236-cı bəndində "F-35"lərin Türkiyəyə tədarükünün məhdudlaşdırılması göstərilir.

Bundan əlavə, qanun layihəsində "F-35" təyyarələrinin texniki xidməti ilə bağlı olan avadanlıqların, intellektual mülkiyyət və texniki məlumatların Türkiyə Respublikası ərazisinə ötürülməsi də qadağan edilir.

S-400
© AFP PHOTO / RUSSIAN DEFENCE MINISTRY

Eyni zamanda Rusiyadan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə çatdırılmasının yolverilməz olduğu qeyd olunur.

Xatırladaq ki, iyunun 11-də ABŞ-ın Arizona ştatının "Lyuk" hərbi bazasında "F-35" tipli qırıcı-bombardmanlarında təlim keçən türk pilotlar təlimlərdən uzaqlaşdırılıblar. Bu qərar Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasından sonra Vaşinqtonla aparılan danışıqlar fonunda verilib.

"Nazirliyə məlumdur ki, türk pilotlar... uçuşlar həyata keçirmirlər", - deyə Pentaqonun rəsmi təmsilçisi Mayk Endryus bildirib.

"Əgər Türkiyə öz siyasətini dəyişməsə, onda biz onun "F-35" proqramından çıxarılmasıyla bağlı müttəfiqimiz Türkiyə ilə əməkdaşlığımızı sıx şəkildə davam etdirəcəyik", - Endryus vurğulayıb.

 

Əsas mövzular