11:56 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

AKP-də fövqəladə toplantı - Ərdoğan vəkillərlə gizli görüş keçirdi

© Cem Oksuz/Presidential Press Office/Handout via REUTERS
DÜNYA
Qısa URL
71 0 0

Toplantı zamanı millət vəkilləri nazirlərdən Ərdoğana da şikayət ediblər

BAKI, 11 iyul — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Baş Qərargahında ölkənin 26 vilayətində 79 millət vəkili ilə görüşüb. Sputnik Türkiyə xəbər verir ki, görüş mətbuata qapalı şəkildə keçirilib.

Yayılan məlumata görə, Ərdoğan görüşdə yeni partiya qurulacağı və AKP-dən yeni partiyaya keçidlərinin olacağına dair iddiaları gündəmə gətirərək bildirib: "Sizi yalnızlaşdırmağa çalışırlar".

AKP-nin güclü bir partiya olduğunu qeyd edən Ərdoğan daha sonra vurğulayıb: "Mən yalnız deyiləm, biz həmişə bərabərik. Bu günə qədər çox partiya quran oldu. İndi soruşsam adlarını belə xatırlaya bilməyəcəksiniz. Partiya quranların uğursuz olduğunu da gördük. Biz yolumuza davam edəcəyik".

Bəzi millət vəkilləri isə Ərdoğana tək olmadığını bildiriblər: "Siyasətə sizinlə başladıq, sizinlə də bitirik. Sizin yanınızdayıq. Siz ümmətin liderisiniz. Liderimiz sizsiniz".

Toplantı zamanı millət vəkilləri nazirlərdən Ərdoğana da şikayət ediblər. Onlar qeyd ediblər ki, nazirlərlə əlaqə saxlaya bilmirlər.

Ərdoğan isə bunun üzərinə gərəkli təlimatları nazirlərə verəcəyini bildirib. O, qeyd edib ki, özəlliklə vətəndaşların problem və tələbləri həll olunmalıdır.

Əsas mövzular