Uranın zənginləşdirilməsi necə baş verir və ya dünyanı vahiməyə salan proses

© AFP 2023 / Behrouz MehriИсфаханский центр по обогащению урана в Иране, фото из архива
Исфаханский центр по обогащению урана в Иране, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Uranı 90%-ə qədər zənginləşdirmək üçün bu elementi 0.7%-dən 4%-ə zənginləşdirmək üçün lazım olan səylərin yarısı lazımdır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. İran İslam Respublikası rəsmiləri 2015-ci ildə altılıq ölkələri ilə bağlanan nüvə sazişində nəzərdə tutulan 3,67 faiz həddini keçdiyini bəyan edib. Belə ki, rəsmi Tehran uranın zənginləşdirilməsini 4,5 faiz həddinə çatdırdığını açıqlayıb. İran bu addımını razılaşmaya üzv digər ölkələrin onun tələblərini yerinə yetirməmələri ilə izah edib.

İlqar Vəlizadə - Sputnik Azərbaycan
İranın uranı zənginləşdirməsi nə ilə nəticələnə bilər - politoloq proqnozlarını açıqladı

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) İranın 2015-ci ildə bağlanan nüvə razılaşması üzrə nəzərdə tutulmuş həddi keçdiyini təsdiq edib. İranın yerli KİV-ləri isə Avropa rəsmilərinin öz öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə İslam Respublikasının uranın zənginləşməsində 20%-lik həddi keçə biləcəyini də vurğulayırlar. Bu da sazişdə göstərilən həddən 5 dəfə yüksəkdir. Bütün bunlar isə təbii olaraq bütün dünyada böyük narahatlıqla qarşılanıb.

Uran niyə bu qədər qiymətlidir?

Mədəndən yeni çıxarılan təbii uran süxurunda təxminən 1% uran oksidi olur. Bu, xammaldır və o bəzi emal prosesindən keçirilməlidir. O, adətən turşu yuma metodu olmaqla müxtəlif kimyəvi maddələr vasitəsilə emal olunur. Nəticədə oksidin xarici olunması və təxminən 80% uran oksidini özündə cəmləşdirən toz maddə - "yellowcake" əldə olunur.

Nüvə reaktorları və ya atom bombalarında istifadə etmək üçün uran zənginləşdirilməlidir. Bu ona görə edilir ki, təbii uranda həddən artıq az miqdarda uran-235 izotopu var. Məhz uranın bu forması enerjinin ayrılması üçün asanlıqla parçalanır.

Təbii uranda cəmi 0,7% uran-235 izotopu var. Bu element əsasən uran-238 izotopundan ibarətdir. Bu izotoplar yalnız atomlarında olan neytronların sayına görə fərqlənir.

Uran-235 izotopunun atomlarında 92 proton və 143 neytron, uran-238 izotopunun atomlarında isə 92 proton və 146 neytron var.

ABŞ Dəniz Donanmasının patrul gəmiləri, arxiv şəkli - Sputnik Azərbaycan
İran ətrafında çəmbər daralır - yeni beynəlxalq koalisiya yaradılır

Uran necə zənginləşir?

Milli Nüvə Tədqiqatları Mərkəzinin sədr müavini, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, uranın zənginləşirilməsi üzrə zavodlarda əsas yayılmış üsul qaz - sentrifuqa üsuludur: "Bu üsul müxtəlif kütləli hissəciklərin məsaməli təbəqədən – membrandan keçmə sürətinin müxtəlifliyinə əsaslanır. Uran-235 izotoponu ayırmaq üçün metalı tam şəkildə UF6 birləşməsi şəklinə keçirirlər. Ayırma prosesini məsaməli təbəqələr saxlayan çoxlu sayda xanaları olan xüsusi kaskadın köməyi ilə dəfələrlə təkrar edirlər. Uran-235 izotopunu onun təbii qarışıqdakı miqdarını 95%-ə qədər zənginləşdirilməsi üçün 5000 pilləli kaskad tələb olunur.

Hazırda İranın uranı zənginləşdirmək üçün heç bir texniki baryeri yoxdur. Uranın zənginləşdirilməsinin ilkin mərhələsində böyük həcmdə enerji sərf olunur və proses sonrakı mərhələdə daha da asanlaşır. Statistika göstərir ki, uranı 90%-ə qədər zənginləşdirmək üçün bu elementi 0.7%-dən 4%-ə zənginləşdirmək üçün lazım olan səylərin yarısı lazımdır. Uranın zənginləşməsi 20%-ə çatdıqda bu element "yüksək zənginləşmiş uran" hesab olunur".

Cəlal Nağıyev qeyd edib ki, uranın zənginləşdirilməsində ən çətini bu prosesə başlamaqdır: "Çünki təbii uranın tərkibində uran-238 izotopu (99,3%), uran-235 izotopunun faiz dərəcəsi isə 0,72 faizdir. Uranın təbii süxurunun içərisində uran-235 izotopunun faizlə miqdarının artırılması prosesinə uranın zənginləşdirilməsi deyilir. Yüksək səviyyədə zənginləşmiş uran üçün daha az material ayırma prosesindən keçirilir. Məsələn, uranı 4%-ə qədər zənginləşdirmək üçün 5000 pilləli kaskad tələb olunursa, uranı 20%-ə qədər zənginləşdirmək üçün yalnız 1500 pilləli kaskad lazımdır. 

Фреска, на которой изображен иранский национальный флаг в центре Тегерана, фото из архива - Sputnik Azərbaycan
Nüvə razılaşmasına daha bir zərbə: İran həddi keçdi
Nüvə bombası üçün lazım olan 90% zənginləşmə üçün isə cəmi bir neçə yüz pilləli kaskad da bəs edir. Yəni 5000 pilləli kaskadın hamısı istifadə edildikdə nüvənin zənginləşdirilməsi prosesi daha sürətlə gedir. Nüvə reaktorlarında istifadə olunan uran təxminən 4% civarında zənginləşdirilib. Lakin nüvə bombalarında istifadə olunması üçün uran elementi 90%-ə qədər zənginləşdirilməlidir".

Ekspert vurğulayıb ki, urandan əsasən kritik kütlənin əldə olunması ilə nüvə silahı hazırlanır: "Belə bombaların kütləsi təxminən 45 kiloqram olur. 20% zənginləşən uran-235 izotopunun kritik kütləsi 400 kiloqramdır. ABŞ-ın Naqasakiyə atdığı bomba da məhz bu üsulla hazırlanmışdı. Lakin 90%- zənginləşən uran-235 izotopunun kritik kütləsi isə 28 kiloqramdır. Nüvə razılaşmasına əsasən İrana uranı 3,67%-ə qədər zənnginləşdirmək imkanı verilmişdi. Hazırda bu ölkə müəyyən olunmuş limiti keçib".

Xəbər lenti
0