Ekspertlər həyəcan təbili çalır: ABŞ borcunu ödəyə bilmir

© AFP 2023 / Mark LennihanDollar, arxiv şəkli
Dollar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət borcu çox güman ki, artım templərini saxlayacaq

BAKI, 11 iyul — Sputnik. ABŞ sentyabrın əvvəlində defoltla üzləşə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda İkipartiyalı Siyasət Mərkəzinin ("Bipartisan Policy Center") hesabatında deyilir.

Hesabatda defoltun - yəni dövlət borcu üzrə faiz və ya əsas məbləğin ödənilə bilinməməsinin əsas səbəbi kimi həddindən artıq aşağı vergi gəlirləri göstərilir.

Qeyd olunur ki, bu il vergi gəlirlərinin artımı keçən illə müqayisədə 3 faizdən az olub. Bu rəqəmin 6 faiz olacağı gözlənilirdi.

Dollar, arxiv şəkli - Sputnik Azərbaycan
Dollar üçün daha bir bəd xəbər - Tramp yeni oyun başlayır

Analitiklər deyib ki, əgər Konqres təyin olunmuş dövlət borcu həddini qaldırmasa, ABŞ artıq sentyabrın əvvəlində bu həddi keçəcək.

Hesabatda, həmçinin qeyd olunur ki, Konqresin aşağı palatası iyulun 26-sı məzuniyyətə gedir və hələ də dövlət borcu həddinin qaldırılması məsələsi müzakirəyə çıxarılmayıb.

İkipartiyalı Siyasət Mərkəzinin iqtisadi siyasət şöbəsinin rəhbəri Şay Akabas (Shai Akabas) isə hesab edir ki, hökumətin dövlət borcuna dair müvafiq qərar vermədən məzuniyyətə getməsi düzgün deyil. Onun fikrincə, tezliklə dövlət borcuna dair müvafiq qərar qəbul edilməsə, Vaşinqton borc öhdəliklərini yerinə yetirə bilməyəcək.

2019-cu ilin əvvəlində ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 22 trilyon dollar həddini aşıb. Bundan başqa, 2018-ci maliyyə ili ərzində Birləşmiş Ştatların büdcə defisiti 17 faiz artaraq 779 milyard dollara çatıb. Defisitin 2020-ci ildə 1 trilyon dolları keçəcəyi gözlənilir. Bununla yanaşı, dövlət borcu çox güman ki, artım templərini saxlayacaq.

Xəbər lenti
0