Ermənistanda böyük qəza, stansiyaların işi dayandırılıb

Abunə olmaq
Hazırda qəzanın yerli vaxtla saat 19:00-a qədər aradan qaldırılması üçün işlər aparılır

BAKI, 10 iyul — Sputnik. Yerevan İstilik Elektrik Stansiyası və Razdan İstilik Elektrik Stansiyasının 5-ci enerji blokunun işi enerji sistemində baş verən qəza ilə bağlı dayandırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu öz "Facebook" səhifəsində Ermənistanın Baş Nazirinin müavini Tiqran Avinyan bildirib.

Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Emmanuel Makron, arxiv şəkli - Sputnik Azərbaycan
SİYASƏT
Ermənistanın yeni qorxusu: Fransa – Azərbaycan əməkdaşlığına qarşı çıxdı

"Hazırda bizim enerji sistemimizdə qəza baş verib. Yerevan İstilik Elektrik Stansiyası və Razdan İstilik Elektrik Stansiyasının 5-ci enerji bloku dayandırılıb. Bütün respublika ərazisində elektrik enerjisinin verilişində kəsintilər baş verə bilər", - deyə Avinyan qeyd edib.

Onun sözlərinə görə, hazırda qəzanın yerli vaxtla saat 19:00-a qədər aradan qaldırılması üçün işlər aparılır.

Qeyd edək ki, bu gün Yerevan və Ermənistanın bir sıra vilayətlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Yerevan metropolitenində qatarların hərəkəti dayanıb, oradan sərnişinlər evakuasiya edilir. Bundan əlavə, Ermənistan ərazisində telefon rabitəsi və internetin işində də müəyyən çətinliklər baş verir.

Xəbər lenti
0