Türkiyə ordusu İraqa girdi, ölənlər var

© AP Photo / Emrah GurelTürk hava güvvələrinə məxsus qırıcı təyyarələr
Türk hava güvvələrinə məxsus qırıcı təyyarələr - Sputnik Azərbaycan
Abunə olmaq
"Pəncə Hərəkatı" ilə koordinasiyalı şəkildə aparılan əməliyyat İraqın şimalında Haftani bölgəsində keçirilib

BAKI, 10 iyul — Sputnik. Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında əməliyyat keçirib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Türk əsgəri - Sputnik Azərbaycan
Türklər PKK-nın yeddi rəhbərindən birini zərərsizləşdirdilər

Nazirlik qeyd edib ki, "Pəncə Hərəkatı" ilə koordinasiyalı şəkildə aparılan əməliyyat İraqın şimalında Haftani bölgəsində keçirilib.

Aviazərbələr nəticəsində 15 terrorçu və PKK-nın istifadə etdiyi silah-sursat, sığınacaq və mağaralar məhv edilib.

Xatırladaq ki, iyulun 8-də Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında əməliyyat keçirib. Türkiyəyə məxsus hərbi təyyarələr İraqın şimalına – Zap və Qara bölgələrinə aviazərbələr endiriblər. Aviazərbələr nəticəsində 4 terrorçu zərərsizləşdirilib.

 

Xəbər lenti
0