Türk hərbçilərinə qarşı terror: Ölən və yaralılar var

© AFP 2023 / YASIN AKGULTürk şəhid
Türk şəhid - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Türkiyə ordusu bölgədə əməliyyatlar həyata keçirir

BAKI, 9 iyul — Sputnik. Türkiyənin Hakkari bölgəsində PKK yaraqlıları hərbi maşına hücum təşkil edib. Bu barədə Sputnik Türkiyə ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir.

PKK yaraqlılarının uzaq məsafədən həyata keçirdiyi hücum nəticəsində iki türk əsgəri şəhid olub, biri isə yaralanıb. Hazırda Türkiyə ordusu bölgədə əməliyyatlar həyata keçirir.

Türkiyə Müdafiə Nazirliyi ölən hərbçilərin ailələrinə başsağlığı, yaralanan hərbçiyə isə şəfa diləyib.

Xəbər lenti
0