Trampın iqamətgahını su basdı

© AFP 2023 / BRENDAN SMIALOWSKIAğ Ev
Ağ Ev - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxın bir neçə gündə Çikaqo və Sent-Luis pis hava şəraitinin episentrində olacaq

BAKI, 9 iyul — Sputnik. Güclü yağışlar ABŞ-ın paytaxtı Vaşinqton və ətraf əraziləridə selə səbəb olub.

Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Ankaradan Vaşinqtona şok ittiham: ABŞ-ın yeni anti-Türkiyə addımı ifşa olundu

Sputnik Azərbaycan bildirir ki, məlumatı ABC telekanalı verib.

Bildirilir ki, 1 saat ərzində yağıntıların miqdarı 3 düymü (7.6 sm) keçib. Hava şəraiti dəmiryolunun və metronun işinə ciddi təsir edib. Bundan başqa, Ağ evin - ABŞ prezidentinin iqamətgahının zirzəmisinin bir hissəsini su basıb.

Yaxın günlərdə yağış və dolu yağmaqda davam edəcək. Çikaqo və Sent-Luis pis hava şəraitinin episentrində olacaq. Bildirilir ki, yağıntılar infrastruktura böyük miqyasda ziyan vura bilər.

Xəbər lenti
0