05:32 26 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Şimal axını-2 layihəsini Almaniyada reallaşdıran şirkətin bayrağı, arxiv şəkli

Avropada ikitirəlik: ATƏT "yox" deyir", alman nazir tərifləyir

© Sputnik / Alexey Vitvitskiy
DÜNYA
Qısa URL
40 0 0

"Biz özümüzü Rusiya Federasiyasından asılı vəziyyətə salmırıq"

BAKI, 8 iyul — Sputnik. Almaniyanın İqtisadiyyat naziri Peter Altmayer "Şimal axını-2" layihəsinin ölkəsi üçün əhəmiyyətindən danışıb.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, Altmayer "Bild" nəşrinə müsahibəsi zamanı deyib ki, Rusiyanın yeni qaz borusu Berlini Moskvadan asılı vəziyyətə salmayacaq və yalnız iqtisadi fayda gətirəcək.

"Biz özümüzü Rusiya Federasiyasından asılı vəziyyətə salmırıq. Burada söhbət tədarük marşrutlarının qısaldılması və yeni tədarük strukturlarının yaradılmasından gedir, belə ki, gələcək illərdə qaza olan tələbatımız əhəmiyyətli dərəcədə artacaq", - nazir vurğulayıb.

Altmayer izah edib ki, Almaniya yaxın gələcəkdə kömür və atom enerjisindən imtina edəcək və keçid dövrü üçün qaz-turbin elektrik stansiyalarından istifadə etməli olacaq. Bu səbəbdən də ölkənin qaza olan tələbatı artacaq.

"Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyayadək iki qaz xəttinin tikintisini nəzərdə tutur. Bu qaz xətlərinin ümumi ötürücülüyü ildə 55 milyard kub metr olacaq. Borunun tikintisinin bu il başa çatması planlaşdırılır.

İyulun 7-də ATƏT-in Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik üzrə komitəsi "Şimal axını-2" və "Türk axını" layihələrini enerji resurslarının idxalından asılı dövlətləri siyasi və iqtisadi cəhətdən potensial asılı vəziyyətə salma aləti kimi qiymətləndirən qətnamə qəbul edib. Sənəddə "korrupsiya təcrübəsi, xüsusilə də enerji sektorunda işləyən dövlət monopoliyaları sahəsində hökm sürən rüşvətxorluq"dan narahatlıq bildirilir, həmçinin enerji resurslarını ixrac, idxal edən və onların tranzitini reallaşdıran ölkələr arasında dialoqun inkişaf etdirilməsinin vacibliyi vurğulanır. Qətnamə ATƏT-ə üzv ölkələrin hökumətlərini enerji resurslarından onların ixracından asılı ölkələrə təsir və ya itaət aləti kimi istifadə etməkdən çəkindirir.

Əlaqədar

Avropadan Türkiyə ilə Rusiyaya zərbə

Əsas mövzular