Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukrayna prezidentindən Putinə gözlənilməz təklif - VİDEO

© AFP 2023 / SERGEI SUPINSKYПрезидент Украины Владимир Зеленский, фото из архива
Президент Украины Владимир Зеленский, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Zelenski Putinə Minskdə görüşməyi təklif edib

BAKI, 8 iyul — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyalı həmkarı Vladimir Putinə Minskdə görüşməyi təklif edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda RİA Novosti yazır.

Ukrayna prezidentinin sözlərinə görə, görüşdə ABŞ, Fransa, Böyük Britaniya və Almaniya liderləri Donald Tramp, Emmanuel Makron, Tereza Mey və Angela Merkel də iştirak etməlidirlər.

Görüşdə Krım və Donbas məsələlərinin müzakirəsi nəzərdə tutulub.

İki lider arasında görüşün keçirilməsi təşəbbüsü Ukrayna və Rusiya telekanalları arasında "Danışmaq lazımdır" adlı telekörpünün baş tutacağına dair elandan sonra yaranıb.

Kreml artıq Zelenskinin təklifinə reaksiya verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva təklifi nəzərdən keçirəcək. Onun sözlərinə görə, bu cür dialoqun perspektivli olub-olmayacağını aydınlaşdırmaq lazımdır.

Xəbər lenti
0