Ankaradan Vaşinqtona şok ittiham: ABŞ-ın yeni anti-Türkiyə addımı ifşa olundu

© AFP 2023 / Leah MillisDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Suriyadan geri çəkiləcəyini və PKK-nı terror təşkilatı olaraq qəbul etdiyini bildirməsindən sonra YPG-yə yeni bir yardım konvoyunu göndərməsi ABŞ-ın ikiüzlü planlarını təkrarən bütün dünyaya göstərib

BAKI, 8 iyul — Sputnik. Birləşmiş Ştatlar PKK terror təşkilatının Suriya qolu YPG-yə 200 "TIR" yeni silah göndərib. Bu barədə Sputnik Azərbaycan Türkiyənin "Yeni Akit" nəşrinə istinadən xəbər verir.

Nəşr yazır ki, Suriyadan geri çəkiləcəyini və PKK-nı terror təşkilatı olaraq qəbul etdiyini bildirməsindən sonra YPG-yə yeni bir yardım konvoyunu göndərməsi ABŞ-ın ikiüzlü planlarını təkrarən bütün dünyaya göstərib.

"Yeni Akit" yazır ki, ABŞ prezidenti Donald Tramp ABŞ əsgərlərinin Suriyadan geri çəkilməsi ilə bağlı qərarından sonra 22 min "TIR" və 5 min təyyarə dolu, yəni 60 min nəfərlik orduya kifayət edəcək silah və sursatla bağlı Türkiyəyə heç bir zəmanət verməyib.

Xəbər lenti
0