"Microsoft"dan son xəbərdarlıq - 50 milyon zərərdidə arasında siz də ola bilərsiniz

© AFP 2023 / Drew Angerer"Microsoft" şirkətinin logosu
Microsoft şirkətinin logosu - Sputnik Azərbaycan
Abunə olmaq
50 milyondan çox istifadəçi zərər görə bilər

BAKI, 8 iyul — Sputnik. "Microsoft" şirkəti "Windows 10" əməliyyat sistemində problemlərlə bağlı xəbərdarlıq edib. Bu barədə Sputnik Azərbaycan "Forbes" nəşrinə istinadən xəbər verir.

Milyonlarla istifadəçiyə xəbərdarlıq edilib ki, "KB4501375" kodlu son yenilənmə uzaqdan qoşulma dispetçerinin (RASMAN) işini poza bilər ki, bu da ciddi nəticələrə səbəb olar.

Мужчина в офисе компании Лаборатория Касперского в Москве - Sputnik Azərbaycan
"Kasperski" həyəcan siqnalı verdi: Qorxulu casus virusu var

Qeyd olunur ki, ən böyük problemlə "VPN" xidməti üzləşəcək. Belə ki, RASMAN "Windows 10"-un internetə qoşulmasını idarə edir və "VPN" xidmətinin normal işləməsi üçün əsas fon əməliyyatını həyata keçirir. "VPN" servislərin məxfilikdən tutmuş, "Netflix" və "Youtube"-un blokdan çıxarılmasına qədər geniş bir sahədə istifadə olunduğu nəzərə alsaq, bu kompüterlərin işinə ciddi təsir edə bilər.

"Microsoft" bəyan edir ki, bu problem "Windows 10"-un son versiyası "1903"-ə aiddir. Lakin "Windows 10 1903" ün azı 50 milyondan çox istifadəçisi var.

Xəbər lenti
0