Türkiyədə azot zavodu partladı

© AP Photo / Emrah GurelTürk polisi
Türk polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Müəssisənin bacasında qaz yığılaraq partlayışa səbəb olub

BAKI, 8 iyul — Sputnik. Kütahyada azot zavodunda partlayış olub.

Sputnik Azərbaycan Habertürk-ə istinadən bildirir ki, hadisə yerinə xeyli sayda xilasedicilər və polislər cəlb olunublar. 

Автомобили полиции и скорой медицинской помощи в Москве, фото из архива - Sputnik Azərbaycan
Rusiyada benzin maşını partladı, turistləri öldürdü

Zavod Kütahya-Eskişehir magistralının 7-ci kilometrliyində yerləşir. Partlayış səsləri şəhərin müxtəlif səmtlərindən duyulub. Zavod tərəfdən səmaya sarı rəngdə qatı tüstü yüksəldiyi deyilir.

Hadisə yerindəki xilasedici və media mənsublarının zəhərlənməmək üçün maskalardan yararlandıqları bildirilir.

Kütahya valisi Ömer Toraman partlayışla bağlı: "İlkin məlumata görə, ölən və yaralanan yoxdur, müəssisənin bacasında qaz yığılaraq partlayışa səbəb olub", - deyib.

Xəbər lenti
0