21:48 31 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
DÜNYA
Qısa URL
72 0 0

O, PKK lideri Abdullah Öcalanın həbsindən sonra terror təşkilatının aparıcı şəxslərindən birinə çevrilib

BAKI, 7 iyul — Sputnik. PKK terror təşkilatının rəhbər şəxslərindən olan Diyar Qarip Muhammed Türkiyə Silahlı Qüvvələri və Milli Təhlükəsizlik Təşkilatının (MİT) birgə keçirdiyi antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən bildirir ki, əməliyyat iyunun 27-də Kandillinin Kortek döngələri bölgəsində həyata keçirilib.

“Halmat Diyar” ləqəbli Diyar Qarip Muhammed 1973-cü ildə İraqın Süleymaniyyə bölgəsində doğulub. 1992-ci ildə terrorçulara qoşulan Muhammed PKK terror təşkilatının 7 rəhbərindən biri səviyyəsinədək "yüksəlib". O, PKK lideri Abdullah Öcalanın həbsindən sonra terror təşkilatının aparıcı şəxslərindən birinə çevrilib.

Əsas mövzular