20:13 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
Domodedovo aeroportunda sərnişinlər

Moskva aeroportunda təşviş - "üç yerdə partladıcı gizlədilib"

© Sputnik / Valery Melnikov
DÜNYA
Qısa URL
36 0 0

Xüsusi xidmətlərin əməkdaşları sosial şəbəkədən aldıqları informasiyanı araşdırırlar

BAKI, 7 iyul — Sputnik. Moskvanın Domodedovo hava limanında təyyarələrin və limanın özünün minalanması barədə güc strukturlarına məlumat daxil olub.

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, məlumat sosial şəbəkə vasitəsilə alınıb.

"Alınan məlumatda bildirilir ki, aeroportda üç partlayıcı qurğu gizlədilib. Onlardan ikisinin Aşqabad və Sürixə uçan təyyarələrin yük yerində, birinin isə aeroportun uçuş zonasında olduğu deyilir", - mənbə bildirib. 

O, əlavə edib ki, hüquq-mühafizə orqanları və xüsusi xidmətlərin əməkdaşları informasiyanı araşdırırlar, adıçəkilən reyslərin yükləri təkrar baxışa göndərilib.

Əsas mövzular