Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İrandan ABŞ-ı qıcıqlandıracaq kritik addım - sabahdan başlayırlar

© AFP 2023 / ATTA KENAREФлаг Ирана, фото из архива
Флаг Ирана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hər 60 gündən bir partnyorlarını "dəli etməyi" söz verən cənub qonşumuz nüvə bombası hazırlamağa doğru addımlayır

BAKI, 7 iyul — Sputnik. İran hökuməti uranın zənginləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, cənub qonşumuz bundan sonra öz nüvə obyektlərində uranın zənginləşdirilməsinə görə məhdudiyyətlərə riayət etməyəcək. İran 3.67% səviyyədə uranın zənginləşdirilməsinə başlayacaq. Bu, Birgə Hərtərəfli Fəaliyyət Planının təyin etdiyi limitdən çoxdur.

Президент Хасан Рухани на встрече с представителями министерства здравоохранения в Тегеране, Иран - Sputnik Azərbaycan
Ruhani Trampın addımını “axmaqlıq” adlandırdı

"Əl-Məyadin" telekanalı bildirir ki, İran XİN rəhbərinin müavini Abbas Əraqçı bu gün Tehranda keçirdiyi mətbuat konfransında bildirib ki, bu addımı öz avropalı partnyorlarının nüvə razılaşması üzrə öhdəliklərini yerinə yetirmədiklərinə görə atıblar.

"Biz Avropa Birliyinə Tehranın Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə öhdəliklərinin bir hissəsini dayandırdığı barədə məlumat göndərəcəyik", - diplomat deyib.

Əraqçı həmçinin vurğulayıb ki, "bu addım nüvə proqramı üzrə razılaşmanın saxlanılması məqsədilə atılıb". Onun sözlərinə görə, əgər iştirakçılar əldə edilmiş razılaşmalara əməl etməsələr, nüvə razılaşması üzrə öhdəliklərin azaldılması hər 60 gündən bir aparılacaq.

"Diplomatiya üçün qapılar əvvəlkitək açıqdır, amma yaranmış situasiyanın həlli üçün yeni təşəbbüslər gərəkdir", - Əraqçı yekunlaşdırıb. 

İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi bildirib ki, uranın 3.67% səviyyəsində zənginləşdirilməsinə bazar ertəsindən başlanacaq: "Bir neçə saat sonra texniki işlər yekunlaşacaq və 3.67%-dən yuxarı zənginləşdirilməyə başlanacaq". 

İsrailin Energetika naziri Yuval Ştaynits uranın bu cür zənginləşdirilməsini mülayim addım adlandırıb, ancaq onun fikrincə, "İran nüvə silahının yaradılması üçün çətin bir yola baş vurub".  

Xatırladaq ki, İranın az zənginləşdirilmiş uran limitini keçmək qərarından sonra ABŞ Prezidenti Donald Tramp ötən cümə axşamı Tehranı hədələmişdi. O, İranın qərarına tvitlərindən birində reaksiya vermiş, "İran indicə yeni xəbərdarlıq verdi. (İran Prezidenti Həsən) Ruhani deyir ki, yeni nüvə razılaşması olmasa, onlar uranı "istədikləri səviyyədə" zənginləşdirəcəklər. Təhdidlərində ehtiyatlı ol, İran; o təhdidlər geri qayıdıb sənə daha öncə heç kəsin görmədiyi bir zərbəni vura bilər" yazmışdı.

Xəbər lenti
0