Qatil bazar səhərini qana boyadı: 12 ölü

© REUTERS / Mohammad IsmailƏfqanıstanın Kabil şəhərində baş verən partlayışdan sonra
Əfqanıstanın Kabil şəhərində baş verən partlayışdan sonra - Sputnik Azərbaycan
Abunə olmaq
Terror aktına görə məsuliyyəti "Taliban" qruplaşması üzərinə götürüb

BAKI, 7 iyul — Sputnik. Əfqanıstanın Qəzni şəhərində terrorçunun partlayıcı ilə dolu yük maşınını partlatması nəticəsində ən azı 12 nəfər həlak olub.

Əfqanıstanda partlayış, arxiv şəkli - Sputnik Azərbaycan
Əfqanıstanda məscid partladıldı: xeyli yaralı var

Sputnik Azərbaycan "RİA-Novosti"yə istinadən bildirir ki, xəbəri "Pajvak" agentliyi yayıb. Məlumata görə, hadisə zamanı 43 nəfər yaralanıb. 

Ölənlərdən 8-nin polis, 4-nün mülki vətəndaş olduğu bildirilir.

Tolo News telekanalının məlumatına görə, bazar səhəri Milli Təhlükəsizlik İdarəsinə hücum olub. Terrorçu yük maşınını partladıb.

"Taliban" qruplaşması terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Xəbər lenti
0