Azərbaycanlı iş adamına pul atan məşhur balerinadan inanılmaz hərəkət – VİDEO

© Instagram / volochkova_artРоссийская балерина Анастасия Волочкова
Российская балерина Анастасия Волочкова - Sputnik Azərbaycan
Abunə olmaq
Erotik fotoları ilə daha məşhur olan Voloçkova ayaqları ilə hamını şoka salan hərəkət etdi

BAKI, 6 iyul — Sputnik. Məşhur rusiyalı balerina Anastasiya Voloçkova "Bottle Cap Challenge" fleşmobuna qoşularaq yalnız ayaqlarından istifadə etməklə butulkanın qapağını açıb. Sputnik Azərbaycan xəbər verir ki, Voloçkova görüntüləri əks etdirən videonu öz "İnstagram" səhifəsində paylaşıb.

"Qərb ulduzlarının fleşmobuna baxdıqdan sonra mən rus balerinasının bunu edə biləcəyini göstərmək qərarına gəldim" - deyə Voloçkova qeyd edib. Balerina iddia edib ki, o butulkanın qapağını ilk cəhddən aça bilib.

Qeyd edək ki, iyul ayının əvvəlindən internetdə yeni fleşmob yayılıb. Belə ki, qaydalara əsasən istifadəçilər bir-birilərini yalnız ayaqlarının köməyi ilə butulkanın qapağını açmağa dəvət edirlər.

Xatırladaq ki, Voloçkova bir müddət əvvəl azərbaycanlı iş adamı Bəxtiyar Səlimovla eşq yaşayıb. Daha sonra cütlük ayrılıb. Səlimov Voloçkovanın ona məxsus olan külli miqdarda vəsaiti oğurladığını bildirib.

Xəbər lenti
0