Trampdan növbəti qəribə iddia: Azadlıq müharibəsində "səmada qələbə" çaldıq

© REUTERS / JONATHAN ERNSTDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın müstəqillik uğrunda müharibəsi 1775-ci ildən 1783-cü ilədək davam edib

BAKI, 5 iyul — Sputnik. ABŞ Prezidenti Donald Tramp ölkəsinin Müstəqillik Gününə həsr olunmuş çıxışında Amerika ordusunun azadlıq müharibəsi zamanı "səmada qələbə" çalması haqqında danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, Trampın çıxışının video görüntüləri "Ruptly" agentliyi tərəfindən yayımlanıb.

"Ordumuz səmanı əlinə keçirdi, istehkam divarlarını dağıtdı, aeroportları tutdu – lazım olan hər şeyi etdi", - Tramp çıxışı zamanı deyib.

ABŞ-ın müstəqillik uğrunda müharibəsi 1775-ci ildən 1783-cü ilədək davam edib.

Vilbur və Orvil Rayt qardaşları tərəfindən yaradılmış ilk təyyarə isə 1903-cü ildə havaya qalxıb.

Xatırladaq ki, bir ay öncə ABŞ Prezidenti əhalini Mars açıqlaması ilə mat qoymuşdu. O, NASA-nı Aya uçuşlardan danışmağı dayandırmağı və daha genişmiqyaslı proqramlara (Marsa uçuş kimi) fokuslanmağa çağırmışdı. Tramp, həmçinin qeyd etmişdi ki, Ay Marsın bir hissəsidir.

Sosial şəbəkə istifadəçiləri isə ABŞ Prezidentinin bu qərarını lağa qoymuşdular.

Xəbər lenti
0