SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çavuşoğludan kritik "S-400" açıqlaması: "Bahalı olduğu üçün..."

© © Presidential Press Service via AP, PoolTürkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
""S-400" müdafiə sistemidir, hücum sistemi deyil. Durduğu yerdə "S-400"lərdən niyə istifadə olunsun ki?!"

BAKI, 4 iyul — Sputnik. "S-400" bitmiş bir anlaşmadır, artıq təslim etmə müddəti müzakirə olunur". Sputnik Azərbaycan "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

S-400, arxiv şəkli - Sputnik Azərbaycan
NATO "S-400"dən qorxmalıdır – səbəbi...

""S-400" müdafiə sistemidir, hücum sistemi deyil. Fövqəladə bir durum olduğu zaman istifadə olunacaq. Durduğu yerdə "S-400"lərdən niyə istifadə olunsun ki?! Onun maliyyəti olduqca yüksəkdir. Türkiyənin hava hücumundan müdafiə sisteminə ehtiyacı var. NATO ölkələrindən rica edirik. NATO-nun bununla bağlı mövqeyi bəllidir. "S-400"lər təcili durumda işə salınacaq bir sistemdir. Sistemlərin iyul ayının ortalarında təslim edilməsi gözlənilir. Konkret tarix barədə yaxın vaxtlarda qərar veriləcək", - deyə Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, daha əvvəl Pentaqon dəfələrlə bəyan edib ki, əgər Türkiyə Rusiya istehsalı olan "S-400" raket komplekslərini alsa, ABŞ istehsalı olan "F-35"ləri ala bilməyəcək.

Xatırladaq ki, iyunun 28-də Birləşmiş Ştatlar Senatı 5-ci nəsil "F-35" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün qadağan olunmasına dair qərar qəbul edib. Bu barədə Senatın 2020-ci il üçün təsdiqlədiyi müdafiə büdcə layihəsində qeyd olunur.

Ракетный комплекс С-400  - Sputnik Azərbaycan
Rusiya S-500 istehsalına başlayıb

Məlumatda qeyd edilir ki, büdcə layihəsinin 1236-cı bəndində "F-35"lərin Türkiyəyə tədarükünün məhdudlaşdırılması göstərilir.

Bundan əlavə, qanun layihəsində "F-35" təyyarələrinin texniki xidməti ilə bağlı olan avadanlıqların, intellektual mülkiyyət və texniki məlumatların Türkiyə Respublikası ərazisinə ötürülməsi də qadağan edilir.

Eyni zamanda, Rusiyadan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə çatdırılmasının yolverilməz olduğu qeyd olunur.

Xatırladaq ki, iyunun 11-də ABŞ-ın Arizona ştatının "Lyuk" hərbi bazasında "F-35" tipli qırıcı-bombardmanlarında təlim keçən türk pilotlar təlimlərdən uzaqlaşdırılıblar. Bu qərar Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasından sonra Vaşinqtonla aparılan danışıqlar fonunda verilib.

"Nazirliyə məlumdur ki, türk pilotlar... uçuşlar həyata keçirmirlər", - deyə Pentaqonun rəsmi təmsilçisi Mayk Endryus bildirib.

"Əgər Türkiyə öz siyasətini dəyişməsə, onda biz onun "F-35" proqramından çıxarılmasıyla bağlı müttəfiqimiz Türkiyə ilə əməkdaşlığımızı sıx şəkildə davam etdirəcəyik", - Endryus vurğulayıb.

Liviyanı tərk etməyə hazır olan miqrantlar - Sputnik Azərbaycan
Türkiyənin başı dərddə: Ankaranı Qəddafi torpağında müharibəyə kim sürükləyir

Qeyd edək ki, iyunun 8-də Birləşmiş Ştatlar və Türkiyə arasında Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri ilə bağlı gərginlik pik nöqtəsinə çatıb. Pentaqon rəhbəri Patrik Şanahan (Patrick Shanahan) "F-35" tipli yeni nəsil qırıcılarla bağlı Türkiyə Müdafiə naziri Hulusi Akara məktub göndərib. Bununla da ABŞ Türkiyənin "F-35" qırıcıları proqramından çıxarılması yolunda ilk addımı atıb. Belə ki, Pentaqon rəhbəri Hulusi Akara yazdığı məktubda "F-35" tipli qırıcılarda təlim keçən türk pilotların 31 iyula qədər proqramdan ayrılacaqlarını və proqram çərçivəsində yeni təlim keçilməyəcəyini qeyd edib.

Məktubda, həmçinin qeyd olunur ki, Türkiyənin Rusiyadan "S-400" müdafiə sistemi almaqdan imtina etməməsi halında Türkiyənin "F-35" proqramından çıxarılmasına istiqamətlənəcək başqa addımların atılacağı da qeyd olunub.

Xəbər lenti
0