Minskdə baş vermiş partlayışın görüntüləri yayılıb

© REUTERS / VASILY FEDOSENKOMinskdə bayram atəşfəşanlığı
Minskdə bayram atəşfəşanlığı - Sputnik Azərbaycan
Abunə olmaq
Bir neçə partlayış nəticəsində fişəng qurğularına zərər dəyib və onlardan qopan qəlpələr ətrafa səpələnib

BAKI, 4 iyul — Sputnik. Minskdə bayram atəşfəşanlığı zamanı bir nəfərin ölümü ilə nəticələnmiş partlayış baş verib. Sputnik Azərbaycan xəbər verir ki, internetdə insidentin videogörüntüləri yayılıb.

Görüntülərdə atəşfəşanlıq zamanı güclü partlayış səsini eşitmək mümkündür. Partlayışdan sonra səmaya qatı tüstü qalxıb.

Belarusun istintaq komitəsinin verdiyi məlumata görə, baş vermiş bir neçə partlayış nəticəsində fişəng qurğularına zərər dəyib və onlardan qopan qəlpələr ətrafa səpələnib. Qəlpələrdən biri Svisloç çayının sahilində atəşfəşanlığı izləyən 64 yaşlı qadına dəyib.

Qadına vaxtında tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Səhiyyə Naziri Vladimir Karanikin sözlərinə görə, ümumilikdə təxminən on nəfər yaralanıb, onlardan beşi xəstəxanaya aparılıb.

İstintaq komitəsi insidentlə bağlı cinayət işi açıb.

Xəbər lenti
0