21:39 31 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
DÜNYA
Qısa URL
221 0 0

Nazir ABŞ-ın Ermənistana yardımlarını yüksək qiymətləndirib

BAKI, 4 iyul — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Müstəqillik günü münasibəti ilə Birləşmiş Ştatlar Prezidenti Donald Trampa təbrik məktubu göndərib. Sputnik Ermənistan xəbər verir ki, Paşinyan məktubda ABŞ-ın bu illər ərzində Ermənistana etdiyi yardımı yüksək dəyərləndirib.

Ermənistan hökumətinin başçısının sözlərinə görə, bu yardım həmişə Ermənistanın inkişafı üçün ciddi əhəmiyyətə malik olub.

Baş nazir hesab edir ki, bundan sonra da ABŞ-la əməkdaşlıq Ermənistanda başladılan islahatları daha tez və asan həyata keçirməyə imkan verəcək ki, nəticədə Respublikada demokratiyanın təsdiqlənməsi dönülməz olacaq.

Paşinyan məktubunda, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında əhəmiyyətli rolunu vurğulayıb.

O, ümid edir ki, regionda sabitlik və təhlükəsizliyin lehinə birgə səylər vasitəsilə problemin həllinə nail olmaq mümkün olacaq.

Əsas mövzular