Şahzadə Diana haqqında gözlənilməz məlumat üzə çıxdı

© AFP 2023 / PATRICK RIVIEREMərhum şahzadə Diana
Mərhum şahzadə Diana - Sputnik Azərbaycan
Abunə olmaq
Şahzadə baş rolu oynayacağı film üçün ssenarinin yazılmasına razılıq verib

BAKI, 2 iyul — Sputnik. Mərhum şahzadə Diana "Cangüdən" filminin sikvelində baş rolu ifa etməli idi. Sputnik Azərbaycan "People.com" saytına istinadən xəbər verir ki, bu barədə məşhur amerikalı aktyor Kevin Kostner deyib.

Kostnerin sözlərinə görə, Diana baş rolu oynayacağı film üçün ssenarinin aktyor tərəfindən yazılmasına razılıq verib.

Aktyor deyib: "Xatırlayıram ki, telefonla danışığımız zamanı o mənimlə çox mehriban idi, suallar verirdi. Məsələn soruşurdu ki, "öpüş səhnəmiz olacaq?". Eyni zamanda çox təmkinli idi və bir qədər həyəcanlanırdı, çünki onun həyatı hər an nəzarət altında idi".

Filmin süjeti belə imiş: Kevin Kostnerin əsas qəhrəmanı şahzadəni əl çəkməyən pərəstişkarlardan və paparazilərdən qoruyur, lakin onlar arasında tədricən romantik münasibətlər yaranır.

Kostner bildirib ki, sikvelin ssenarisi 1997-ci ilin avqustunda, şahzadə Diananın Parisdə avtomobil qəzasında həlak olmasından bir gün əvvəl tamamlanıb.

Xəbər lenti
0