"Tarixi" və "təəccüblü": Trampla Kim üçün utanmaqdan keçib

© REUTERS / KEVIN LAMARQUEŞimali Koreya lideri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp
Şimali Koreya lideri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Liderlər Koreya yarımadasında gərginliyin zəifləməsini və iki ölkə arasında "utancverici" münasibətlərə son qoyulmasını müzakirə ediblər

BAKI, 1 iyul — Sputnik. Şimali Koreya lideri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp arasında demarkasiya xətti yanında baş tutmuş görüş "tarixi" və "təəccüblü" olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Koreya Mərkəzi Teleqraf Agentliyi səsləndirib.

Agentlik 1953-cü ildə Koreya sülh sazişinin imzalanmasından 66 il sonra KXDR və ABŞ liderləri arasında "tarixi əl sıxmanın" baş tutduğunu deyib.

Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə - Sputnik Azərbaycan
Qarşılıqlı səfər: Tramp Koreyaya, Kim Çen In ABŞ-a gedəcək

Qeyd olunur ki, liderlər Koreya yarımadasında gərginliyin zəifləməsini, iki ölkə arasında "utancverici" münasibətlərə son qoyulmasını və bu məsələdə ciddi dönüşün yaradılmasını, eləcə də narahatlıq və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Mərkəzi Teleqraf Agentliyi bildirib ki, Amerika prezidenti və Şimali Koreya lideri gələcəkdə sıx əlaqələrin saxlanılması, eləcə də Koreya yarımadasının nüvəsizləşdirilməsi və ikitərəfli münasibətlərdə yeni nailiyyətlərin əldə edilməsi üçün məhsuldar dialoqun bərpasına və irəlilədilməsinə dair razılığa gəliblər.

Bazar günü Tramp və Kim Koreya yarımadasını iki yerə ayıran demarkasiya xətti yanında görüşüblər və xətt üzərindən bir-birinin əlini sıxıblar. Sonra danışıqlar başlayıb.

Xəbər lenti
0