Qarşılıqlı səfər: Tramp Koreyaya, Kim Çen In ABŞ-a gedəcək

© REUTERS / Leah MillisDonald Tramp Şimali Koreya lideri Kim Çen In ilə
Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp, Kim Çen In və Cənubi Koreya Prezidenti Mun Çje İn sərhədin Cənubi Koreya tərəfindəndəki Azadlıq evində üçtərəfli görüş keçirib

BAKI, 30 iyul – Sputnik. Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüş başa çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla görüşdə Şimali Koreya liderini Birləşmiş Ştatlara dəvət etdiyini bildirib. O bunu jurnalistlərin sualına cavab verərkən deyib: "Onu indi Ağ evə dəvət edəcəyəm".

Рабочий визит президента РФ В. Путина в Японию для участия в саммите Группы двадцати - Sputnik Azərbaycan
TƏHLİL
Putin-Tramp görüşü: Dünyanın mənzərəsi dəyişəcəkmi

Öz növbəsində Şimali Koreya lideri Kim Çen In Amerika Prezidenti Donald Trampı KXDR paytaxtı Pxenyana səfərə dəvət edib.

Kim Çen In həmçinin ümid etdiyini bildirib ki, KXDR və ABŞ keçmişin bütün problemlərini həll edir və münasibətlərdə yeni səhifə açır.

"Mən Prezident Trampla birgə bütün gözləntiləri üstələyən nəticələrə nail olmaq istəyirəm" - deyə agentlik onun sözlərini sitat gətirib.

Kim Çen In həmçinin bildirib ki, Trampın onunla Pxanmuncom sərhəd məntəqəsində görüşmək istəyi barədə "Twitter"dən xəbər tutub.

"Mən sizin "Twitter"dəki təklifinizi eşidəndə, çox təəccübləndim və yalnız gecəyarı sizin təklifinizi qəbul edə bildim", - deyə o bildirib.

KXDR lideri Trampın Şimali Koreya sərhədini rəmzi olaraq keçməsini tarixi hadisə adlandırıb.

Tramp, Kim Çen In və Cənubi Koreya Prezidenti Mun Çje İn sərhədin Cənubi Koreya tərəfindəndəki Azadlıq evində üçtərəfli görüş keçirib.

Xəbər lenti
0