Gürcüstan Milli Bankı turizm embarqosundan dəyəcək zərəri hesablayıb

© AP Photo / Shakh AivazovРоссийские туристы в центре грузинской столицы в районе Абанотубани
Российские туристы в центре грузинской столицы в районе Абанотубани - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya tərəfindən tətbiq olunmuş turizm embarqosunun fonunda Gürcüstanın milli valyutası öz dəyərini itirməkdədir.

BAKI, 27 iyun — Sputnik. Gürcüstan Milli Bankı rusiyalı turist axınında gözlənilən azalma səbəbi ilə ölkə iqtisadiyyatına dəyəcək zərəri hesablayıb.

"Hazırda dəqiq proqnozlar vermək çətindir, lakin ilkin hesablamalara görə, Rusiyadan gələn turist axınında azalmanın bu ilin qalan dövrü ərzində iqtisadiyyata təsiri təqribən 200-300 milyon dollaradək olacaq" - xəbərdə deyilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Bankın yaydığı bəyanatda deyilir.

İyunun 21-i Prezident Vladimir Putin Rusiya aviaşirkətləri tərəfindən ölkə vətəndaşlarının Gürcüstana daşımasına qadağa qoyan fərman imzalayıb. Sənəddə, həmçinin turizm operatorları və agentlərinə Gürcüstana putyovka satışı və təşkilindən çəkinmək məsləhət görülür.

Qeyd edək ki, Rusiya tərəfindən tətbiq olunmuş turizm embarqosunun fonunda Gürcüstanın milli valyutası öz dəyərini itirməkdədir. İyunun 27-də rəsmi məzənnə bir dollar üçün 2,8470 lari səviyyəsində təyin olunub. Bu dünən üçün olan məzənnədən 0,5 faiz azdır.

Xəbər lenti
0