17:22 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Si Tsinpin və Donald Tramp, arxiv şəkli

ABŞ və Çin razılığa gəlir: Sülh bağlayacaqlar

© REUTERS / Thomas Peter
DÜNYA
Qısa URL
86 0 0

Maliyyə naziri Stiven Mnuçin Vaşinqton və Pekin arasında ticarət razılaşmasının 90 faiz hazır olduğunu deyib.

BAKI, 27 iyun — Sputnik. Çin və ABŞ ticarət müharibəsində müvəqqəti barışıq elan etməyə razılaşıblar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Çinin "South China Morning Post" qəzetinə məlumatlı mənbələr deyib.

Barışığın "Böyük İyirmiliyin" iyunun 28-29-u Osakada keçiriləcək sammitində elan ediləcəyi bildirilir.

Keçən ilin iyul və sentyabr aylarında Vaşinqton və Pekin idxal dəyəri yüz milyardla dollara çatan bir sıra malın gömrük rüsumunu qarşılıqlı olaraq artırıblar. Bu il dekabrın əvvəllərində "Böyük İyirmiliyin" Argentinada keçirilmiş görüşü zamanı isə iki ölkə lideri ticarət müharibəsində barışığa dair razılaşma əldə ediblər.

"Mübahisənin həlli yolunda danışıqları bərpa etmək üçün ABŞ və Çin ticarət müharibəsində daha bir sülh razılaşmasına gəliblər", - mənbələr qəzetə bildirib.

Qeyd edilir ki, sülh razılaşmasının detalları Si Tsinpinin və Donald Trampın Yaponiyada baş tutacaq görüşünün press-relizinə daxil edilib.

Dünən ABŞ maliyyə naziri Stiven Mnuçin "CNBC" telekanalına verdiyi müsahibəsində Vaşinqton və Pekin arasında ticarət razılaşmasının 90 faiz hazır olduğunu deyib. O qeyd edib ki, razılaşmanın imzalanması ehtimalı hələ də qalır.

Əsas mövzular