Qaçqınlara dair irimiqyaslı beynəlxalq tədbir keçiriləcək

© REUTERS / Mohamed AzakirSuriyalı qaçqınlar Livanla sərhəddə, 28 iyun 2018-ci il
Suriyalı qaçqınlar Livanla sərhəddə, 28 iyun 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər səviyyəsində keçiriləcək tədbir Türkiyə, Almaniya, Efiopiya və Kosta-Rikanın müştərək çağırışı ilə təşkil ediləcək və tədbirin təşkilatçılığı İsveçrə ilə birgə həyata keçiriləcək

BAKI, 26 iyun - Sputnik. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) tərəfindən Qaçqınlar üzrə birinci Qlobal Forumun keçiriləcəyi tarix açıqlanıb.

Ali Komissarlıqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Forum bu il dekabrın 17-18-də Cenevrədə (İsveçrə) keçiriləcək.

Nazirlər səviyyəsində keçiriləcək tədbir Türkiyə, Almaniya, Efiopiya və Kosta-Rikanın müştərək çağırışı ilə təşkil ediləcək və tədbirin təşkilatçılığı İsveçrə ilə birgə həyata keçiriləcək. Əlavə təşkilati tədbirlər nəzərdən keçiriləcək və bu barədə müvafiq vaxtlarda ictimaiyyət məlumatlandırılacaq. Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Baş katibinin iştirakı gözlənilir.

On milyonlarla insanın müharibə, münaqişə və təqiblərin təsirinə məruz qaldığı bir vaxtda Qaçqınlar üzrə Qlobal Forum ölkələrin bugünkü durumu nəzərdən keçirməsi və beynəlxalq reaksiyaların gücləndirilməsi üçün fürsət olacaq. Tədbir ötən ilin dekabrında BMT-nin Baş Assambleyası ilə razılaşdırılmış Qaçqınlar haqqında yeni qlobal sazişin qəbulundan sonra keçirilir və onun icrasının tərkib hissəsidir.

Первый вице-президент Мехрибан Алиева приняла участие в церемонии открытия Форума госслужб ООН  - Sputnik Azərbaycan
SİYASƏT
BMT Bakıda mükafatlarını təqdim etdi

Qaçqınlar haqqında Qlobal Saziş (vəzifələrin bərabər bölgüsü və məsuliyyətin paylaşılması prinsipinə uyğun olaraq) qaçqınları qəbul edən ölkələrə və icmalara daha güclü dəstək verməklə və eyni zamanda qaçqınları öz maddi təminatlarını yaxşılaşdırmağa imkan yaradan vasitələrlə təmin etməklə qaçqınlıq hallarına qlobal reaksiyaların təkmilləşdirilməsi məqsədini daşıyır. Sənəd həmçinin ən müdafiəsiz durumda olan qaçqınların köçürülə biləcəyi yerlərin sayının və onların təhlükəsiz üçüncü ölkələrdə qəbul edilməsinin digər hüquqi yollarının artırılması və qaçqınların mənşə ölkələrində şəraitinin yaxşılaşdırılması məqsədini daşıyır.

Qaçqınlar üzrə Qlobal Forum dövlətlərin və digər subyektlərin bir araya gəlməsi və qaçqın qəbul edən ölkələrin üzərinə düşən yükün azaldılması, qaçqınların öz maddi təminatlarını qarşılaya bilmələrinə dəstək göstərilməsi və müvafiq həll yollarının axtarılması üçün yeni, cəsarətli tədbirlərin görülməsi üçün unikal fürsətdir.

Forum hökumətləri, beynəlxalq təşkilatları, yerli hakimiyyət orqanlarını, vətəndaş cəmiyyətini, özəl sektoru, yerli icmaların üzvlərini və qaçqınların özlərini bir araya gətirəcək. Forum zamanı və ondan sonra yuxarıdakı məqsədlərə nail olmağa yönələn yeni töhfələrin və təkliflərin veriləcəyi gözlənilir.

Вид на Flame Towers в Баку  - Sputnik Azərbaycan
SİYASƏT
BMT-nin nüfuzlu tədbiri Bakıda keçiriləcək - Prezident fərman verdi

Qaçqınlar haqqında Qlobal Saziş qaçqın qəbul edən ölkələrin və icmaların vaxtında təqdim edilən, proqnozlaşdırıla bilən və dayanıqlı dəstək alması üçün əsas təşkil edir. O, qəbul edən ölkələrin, davamlı humanitar yardımlarla yanaşı və onlara əlavə olaraq inkişaf məqsədləri üçün əlavə əməkdaşlıqdan yararlanmalarına imkan verir. Saziş həm də başlıca diqqətin həll yollarının tapılmasına yönəldilməsini təmin edir.

Forum həm də dövlətlərə və digər subyektlərə istər konkret qaçqınlıq situasiyalarında, istərsə də qlobal səviyyədə müsbət təcrübələrini nümayiş etdirmək imkanı yaradır. Bu təcrübələr hərtərəfli reaksiyaların dünyanın bir çox bölgələrində qaçqınların və yerli icmaların həyatını artıq necə dəyişdiyini əyani şəkildə nümayiş etdirir. Onlar həm də beynəlxalq birliyi gələcəkdə Qlobal Sazişin inkişafına təkan verəcək təsirli töhfələrini hazırlamağa ruhlandırmaq üçün önəmlidir.

Qaçqınlar üzrə birinci Qlobal Forumun diqqət mərkəzində aşağıdakı altı sahə duracaq: vəzifə və məsuliyyətlərin bölüşdürülməsi mexanizmləri; təhsil; iş və dolanışıq vasitələri; enerji və infrastruktur; həll yolları; himayə imkanları.

Xəbər lenti
0