01:45 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
İran Prezidenti Həsən Ruhani

Ruhani Trampın addımını “axmaqlıq” adlandırdı

© AP Photo / Iranian Presidency Office
DÜNYA
Qısa URL
7106 0 0

İran prezidenti ölkənin ali dini liderinin müdafiəsinə qalxdı

BAKI, 26 iyun — Sputnik. İran Prezidenti Həsən Ruhani ABŞ-ın bu ölkənin dini lideri Əli Xameneyiyə qarşı sanksiyalarını məntiqsiz və axmaq addım adlandırıb. Bu barədə Sputnik Azərbaycan İranın "Press Tv" telekanalına istinadən xəbər verir.

"Siz kiminsə məntiqsiz və axmaq addımlar atdığını görürsünüz. Onlar deyirlər ki, biz ölkənin liderini boykot edirik... Onlar deyirlər ki, liderin mülkiyyətinə sanksiyalar qoymaq istəyirlər. Lakin bizim liderimiz sadə həyat tərzi sürür. Onun yalnız ibadət üçün yerləri və sadə həyatı var. O, milyard və milyon dollarları olan xarici liderlər kimi deyil" - deyə Ruhani qeyd edib.

Xatırladaq ki, daha əvvəl İranın Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Abbas Musavi öz "Twitter" səhifəsində yazıb ki, ABŞ tərəfindən İrana qarşı yeni sanksiyaların tətbiqindən sonra ölkələr arasında diplomatik danışıqlar yolu həmişəlik bağlanıb.

O, həmçinin əlavə edib ki, ABŞ Prezidentinin Administrasiyası sülhün qorunması üzrə beynəlxalq mexanizmləri dağıdır.

Xatırladaq ki, iyunun 24-də Donald Tramp İranın dini lideri Əli Xameneyi də daxil olmaqla, İrana qarşı yeni sanksiyalar qəbul edib.

Əlaqədar

İran indi də ABŞ-ın gizli döyüşçüləri ilə vuruşur
FİFA-dan İrana tələb: - Xanım azarkeşlər stadiona buraxılsın
İrandan ABŞ-a müharibə mesajı: "Artıq diplomatiya yolu bağlandı"
Tramp: “İranı Konqresin icazəsi olmadan da vura bilərəm”
Teqlər:
Əli Xameneyi, İran, Həsən Ruhani

Əsas mövzular