14:33 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Gürcüstanda etiraz aksiyaları

Gürcüstan hakim partiyası etirazçıların tələbini yerinə yetirdi... "misilsiz qərar"

© REUTERS / Irakli Gedenidze
DÜNYA
Qısa URL
80110

Hakim "Gürcü Arzusu — Demokratik Gürcüstan" partiyasının sədri Bidzina İvanişvili danışdı

BAKI, 24 iyun — Sputnik. Gürcüstanda 2020-ci il parlament seçkiləri proporsional sistemə uyğun həyata keçiriləcək.

Sputnik Gürcüstan xəbər verir ki, bu bərədə hakim "Gürcü Arzusu — Demokratik Gürcüstan" partiyasının təsisçisi və sədri Bidzina İvanişvili deyib. Bununla da, hakim partiya Tbilisidə iyunun 20-dən mitinqlər keçirən vətəndaşların ikinci tələbini yerinə yetirib.

İvanişvili bildirib ki, “Gürcü Arzusu — Demokratik Gürcüstan” partiyası genişmiqyaslı siyasi islahatın həyata keçirilməsi təşəbbüsünü irəli sürür.
“2020-ci ilin parlament seçkiləri proporsional sistemə uyğun, seçicilər üçün sıfır maneə şəraitində keçirilməlidir”, - deyə o bildirib.

Ölkənin Baş Naziri Mamuka Baxtadze jurnalistlərə bildirib ki, "Bidzina İvanişvili misli olmayan bir qərar səsləndirib".

Proporsional sistem nədir?

Proporsional seçki sistemində seçicilər səslərini ayrı-ayrı şəxslərə deyil, partiyaların təqdim etdiyi namizədlərin siyahısına verirlər. Bu sistemin əsas ideyası ondan ibarətdir ki, hər bir siyasi partiya parlamentdə onun lehinə səs vermiş seçicilərin sayına proporsional sayda mandat əldə edir. 

Başqa sözlə, mandatlar verilən səslərin paylı bölgüsünə əsasən müəyyən edilir, yəni hər bir partiyaya verilən səslərin miqdarı ilə parlamentdə tutduğu yerlərin sayı uyğun gəlir.

Bundan əlavə, majoritar və qarışıq sistemlər də mövcuddur. Majoritar seçki sisteminə birmandatlı seçki sistemi də deyilir. Bu sistemdə kim çoxluğun səsini qazanarsa, o da seçilir. Qarışıq seçki sistemi majoritar və proporsional sistemlərin bəzi elementlərini özündə birləşdirir. Deputatların bir hissəsi təkmandatlı, qalan hissəsi isə çoxmandatlı seçki dairəsindən seçilir.

Gürcüstanın hazırkı Konstitusiyasına əsasən, seçki sistemində dəyişiklik, yəni qarışıq sistemdən proporsional sistemə keçid 2024-cü ilin seçkiləri üçün nəzərdə tutulub. 2020-ci ildə isə seçkilər əvvəllər olduğu kimi qarışıq (proporsional-majoritar) sistemə uyğun olaraq keçirilməli idi.
Qarışıq sistemdə Gürcüstan parlamentinə 77 deputatın partiya siyahılarına uyğun olaraq, 73 deputatın isə təkmandatlı seçki dairələrindən seçilməsi nəzərdə tutulur.

Əlaqədar

Gürcüstanda dövlət çevrilişinə cəhd, Prezident təcili ölkəyə qayıdır
Tbilisi yenə çalxalanır - aksiyaçılar daha bir istefa tələb edirlər

Əsas mövzular