SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan Əkrəm İmamoğlunu təbrik edib

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan milli iradənin bir daha öz gücünü göstərdiyini bildirib

BAKI, 23 iyun - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilərin nəticələri ilə bağlı öz münasibətini bildirib və CHP-nin namizədi Əkrəm İmamoğlunu qələbə münasibətilə təbrik edib.

“Twitter” hesabından paylaşım edən Ərdoğan milli iradənin bir daha öz gücünü göstərdiyini bildirib.

“İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar səsvermənin nəticələrinin İstanbulumuz üçün xeyirli olmasını diləyirəm. Qeyri-rəsmi nəticələrə görə seçimi qazanan Əkrəm İmamoğlunu təbrik edirəm”.

Xəbər lenti
0