Rusiyadan Gürcüstana sərt mesaj: Turizmin inkişafı mümkünsüzdür

© AFP 2023 / Mar-Vic CAGURANGANРусские туристы. Архивное фото
Русские туристы. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Vizaların da ləğv olunması mümkün olmayacaq, qarşılıqlı münasibətlər də pisləşir

BAKI, 22 iyun — Sputnik. Rusiya və Gürcüstan arasında turizmin inkişafı mümkünsüzdür. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Onun sözlərinə görə, Gürcüstan rəhbərliyi bu ölkədə istirahətə getməyə hazırlaşan Rusiya vətəndaşlarının təhlükəsizliyinə zəmanət verməlidir və yalnız bundan sonra turizmin inkişafı barədə tədbirlər - vizaların ləğv olunmasından danışmaq olar.

Qafqazın Las Veqası: Batumidən qış görüntüləri - Sputnik Azərbaycan
FOTO
Qafqazın Las Veqası: Batumi qışına səyahət

"Biz bu qərara gəlmişdik (Gürcüstan vətəndaşları üçün vizanın ləğv olunması –red.) və əgər gürcü radikallar və Gürcüstan rəhbərliyinin qayda-qanunu təmin etməkdə bacarıqsızlığı olmasaydı, biz o qərarı qəbul edərdik", - deyə Volodin bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın "Aeroflot" aviaşirkəti Gürcüstana uçuşların ləğvindən sonra bu ölkədə olan rusiyalıların çıxarılmasına başlayıb.

Aviaşirkət eyni zamanda iyulun 8-dən sonrakı tarixə satılan biletlərə görə pulları da geri qaytarmaq niyyətindədir. Məhz həmin gündən Rusiya Prezidenti Vladimir Putinin sərəncamına əsasən Rusiya aviaşirkətlərinə Gürcüstana uçmaq qadağan ediləcək. Rusiya tərəfinin məlumatına görə, müvəqqəti tədbirlər təhlükəsizlik məqsədi ilə qəbul olunub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, qadağanın ləğvi üçün Gürcüstanda vəziyyət normallaşmalı və Rusiya vətəndaşlarının təhlükəsizliyi üçün istənilən təhdidlər aradan qalmalıdır.

Xəbər lenti
0